Əsas Səhifə > Ölkə, Manşet > «QASİD»İN ÇÖKDÜRÜLMƏSİ PLANI DAVAM EDİR

«QASİD»İN ÇÖKDÜRÜLMƏSİ PLANI DAVAM EDİR


2-10-2012, 12:14
«QASİD»İN ÇÖKDÜRÜLMƏSİ PLANI DAVAM EDİR
DAHA 10 KÖŞKƏ XƏBƏRDARLIQ GƏLİB

DİA.AZ: - Məlum olduğu kimi, başında deputat Mirkazım Kazımovun dayandığı «Qasid» Mətbuat Yayımı firması son aylarda özünün köşklərinin demək olar ki, tən yarısını itirmək zorunda qalıb. Bunun da nəticəsində qəzet redaksiyalarına külli miqdarda borclanan mətbuat yayımı firması həm işçilərini ixtisar etməyə məcbur olub və həm də yaranmış böhranın onu çökdürəcəyi günü gözləməkdən başqa çıxış yolunun qalmadığını hiss etdirməkdədir.

Bildirək ki, «Qasid»in hər «plana düşən» köşkünün yerində Bakı şəhər icra hakimiyyətinin ticarət departamentinini adına çıxılan, amma arxasında Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun dayandığı iddia olunan «Press Kiosk»lar qoyulmaqdadır.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bu arada «Qasid»in daha 10 köşkünə Bakı meriyası tərəfindən vaxt verilərək xəbərdarlıq edilib: «Köşkdə çalışan mətbuat yayımı işçilərinə bildirilib ki, bir həftə sökəcəklər». Mənbəmiz bildirir ki, əsasən şəhərin mərkəzi yerlərindəki köşklər eyni xəbərdarlığı alıblar.

Geri qayıt