Əsas Səhifə > Siyasət, Manşet > JURNALİSTLƏR PREZİDENTDƏN TORPAQ İSTƏDİLƏR

JURNALİSTLƏR PREZİDENTDƏN TORPAQ İSTƏDİLƏR


2-10-2012, 10:59
JURNALİSTLƏR PREZİDENTDƏN TORPAQ İSTƏDİLƏR
YENİ YARANMIŞ MEDİA TƏŞKİLATI ADINDAN PREZİDENTƏ MÜRACİƏT

DİA.AZ: - Redaksiyamıza yenicə yarandığı qeyd olunan Jurnalistlərin Problemlərinin Həllinə Yardım Mərkəzi adından məlumat daxil olub. Müraciətdə bildirilir ki, bir neçə mətbuat işçisinin təşəbbüsü ilə yaradılmış qurumla bağlı irəlidə daha geniş məlumatlar veriləcək. Amma qurum fəaliyyətinə başlayar-başlamaz prezident İlham Əliyevə müraciət ünvanlayıb.

DİA.AZ-a da daxil olan müraciətin müəllifləri mətbuat işçilərinin mənzil probleminin həlli ilə bağlı narahatçılıqlarını ifadə ediblər. Müraciətdə deyilir: «Cənab prezident. Biz Sizin ölkə mətbuatına olan xüsusi diqqətinizi hər zaman hiss etmişik. İki il əvvəl media işçilərinin mənzil probleminin həlli məqsədilə yeni yaşayış binasının inşası üçün 5 milyon manat həcmində vəsait ayırmanız da bu diqqətin təzahürü kimi qəbul olundu.

Amma bu gün Azərbaycan mətbuatında çalışanların böyük əksəriyyətinin mənzil problemi var və belə görünür ki, hətta bu vəsaitlə inşa olunan yeni bina ilə də problem tam olaraq həllini tapmayacaq».

Daha sonra müraciət müəllifləri ölkə prezidentindən mənzil problemi olan jurnalistlər üçün fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahələrinin ayrılması barədə göstəriş vermələrini xahiş edirlər: «Cənab prezident! Əgər belə bir qərar verilərsə, o zaman Azərbaycan mətbuatında çalışan qələm əhli Sizə minnətdar olacaq. Çünki onlarla jurnalist ailəsi var ki, kirayə mənzillərdə, yataqxanalarda yaşlanır, ömürlərini sonna verirlər. Amma Sizin belə bir tarixi qərarınız Azərbaycan mətbuatının ən böyük problemlərindən birinin kökündən dəyişməsinə səbəb olacaq ki, biz jurnalistlər də buna ümidvarıq».

Geri qayıt