Əsas Səhifə > Şou-biznes > ELŞAD XOSENİN BOŞANMA SƏBƏBİ BƏLLİ OLDU

ELŞAD XOSENİN BOŞANMA SƏBƏBİ BƏLLİ OLDU


2-10-2012, 10:28
ELŞAD XOSENİN BOŞANMA SƏBƏBİ BƏLLİ OLDU
O, OKSANANIN MAŞININI SATIB

Artıq bir neçə müddətdir ki, rəqqasə Oksana Rəsulova ilə Elşad Xosenin ayrılmaları barədə şayiələr gəzirdi.

Day.Az saytı xəbər verir ki, indiyə qədər heç kim bu ehtimalı nə təsdiq, nə də təkzib edib.

Pərəstişkarları Elşadla Oksananın ayrılması ilə bağlı prosesi yaxından izləyirlər. Yerli telekanallar da bu məsələni diqqətdə saxlayırlar. Space telekanalının "Bazar" verilişinin aparıcısı məlumatlı mənbələrdən bu cütlüyün ayrılmasının səbəbini öyrənə bilib.

"Deyirlər ki, Elşad Oksananın xəbəri olmadan avtomobili satıb. Bu da Oksananı özündən çıxarıb. Hazırda onlar ayrılmağa hazırlaşırlar", - aparıcı qeyd edib.

Geri qayıt