Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİMİZ BİR XRİSTİANI NECƏ MÜSƏLMAN ETDİ?

MÜĞƏNNİMİZ BİR XRİSTİANI NECƏ MÜSƏLMAN ETDİ?


2-10-2012, 09:20
MÜĞƏNNİMİZ BİR XRİSTİANI NECƏ MÜSƏLMAN ETDİ?
SEVGİNİN GÜCÜ BUMU?

bu yaxınlarda “Yeni Ulduz” mahnı müsabiqəsindən tanınan müğənni Elnar Xəlilov subaylıqla vidalaşıb, özünə təmtəraqlı toy edib. Toyunun eksklüziv fotolarını Milli.Az-a təqdim edən Elnar, çoxlarına qeyri-adi görünəcək evliliyi barəsində belə məlumat verdi:

“Həyat yoldaşım nişanlandığımız vaxt xristian idi. Amma toyumuzdan 5 ay əvvəl müsəlmanlığı qəbul etdi, namaza başladı, oruc tutdu. Məni ən çox sevindirən elə bu məqam oldu. Çoxları mənə sual edirdi ki, niyə seçdiyim xanım, azərbaycanlı olmadı?

Cavabım çox sadədir. Axirətdə nə dinin, nə də milliyətin önəmi olmayacaq, insan əməllərinə görə cavab verəcək. İndi müsəlmanıq və şükr edirik buna. Xanımım artıq dilimizi də öyrənməyə başlayıb. Allah-Təaladan bütün gənclərə ən azı bizim qədər xoşbəxt olmağı arzulayırıq”.

Qeyd edək ki, toyları Bakıda olsa da, onlar Moskvada yaşayırlar. Və yaxın günlərdə yenidən Azərbaycana gələcəklər.

Geri qayıt