Əsas Səhifə > Şou-biznes > “MƏHƏBBƏT OLMAYANDA” YENİ ORANJİMANDA

“MƏHƏBBƏT OLMAYANDA” YENİ ORANJİMANDA


3-11-2011, 11:27
“MƏHƏBBƏT OLMAYANDA” YENİ ORANJİMANDA

SAMRİNA HƏLƏ DƏ İCAZƏ ALA BİLMƏYİB

Bəstəkar Cavanşir Quliyevin məhşur “Məhəbbət olmayanda” mahnısını müğənni Samrina ifa edəcək. O, hazırda mahnının müəllifi ilə danışıqlıqlar apara bilmədiyini desə də, amma mahnını Samrinanın ifa etməsində israrlıdır:

“Bəstəkar Cavanşir Quliyev Azərbaycanda olmadığı üçün onunla danışıb, “Məhəbbət olmayanda” mahnısının razılığını ala bilməmişəm. Amma çox istəyirəm ki, bu mahnını yeni aranjemanda hazırlayıb, Samrinanın ifasında geniş tamaşaçı kütləsinə təqdim edək. Bunun üçün əlimdən gələni edirəm ki, Cavanşir müəllimlə görüşüb, mahnının halallığını alım”.

Onu da qeyd edək ki, “Məhəbbət olmayanda” mahnısının ilk ifaçısı əməkdar artist Sənubər İsgəndərli olub.


Geri qayıt