Əsas Səhifə > Partiya > "ZAKİR QARALOV TƏCİLİ MÜDAXİLƏ ETSİN"

"ZAKİR QARALOV TƏCİLİ MÜDAXİLƏ ETSİN"


3-11-2011, 11:10
"ZAKİR QARALOV TƏCİLİ MÜDAXİLƏ ETSİN"

BƏYANATDA PARTİYA ÜZVÜNÜN SƏBƏBSİZ DÖYÜLDÜYÜ BİLDİRİLİR

DİA.AZ: - Klassik Xalq Cəbhəsi Partiyası Gədəbəy rayon şöbəsindən Ali Məclis üzvü Əli bəy Abdullayevin Gədəbəy rayon İcra Hakimiyyətinin şöbə müdiri Nahid Allahverdiyevin qardaşı Nicat Allahverdiyev tərəfindən döyülməsi ilə bağlı Bəyanat qəbul edib. Bəyanatda deyilir:

“Klassik Xalq Cəbhəsi Partiyasının Gədəbəy rayon şöbəsindən Ali Məclis üzvü Əli bəy Abdullayev bugün rayon mərkəzində Gədəbəy rayon İcra Hakimiyyətinin şöbə müdiri Nahid Allahverdiyevin qardaşı Nicat Allahverdiyev tərəfindən vəhşicəsinə döyülmüşdür. Nicat Allahverdiyev yerli dinc sakinlərlə çayxanada əyləşən Ə.Abdullayevə qəflətən heç bir səbəb olmadan hücum etmiş, əlindəki küt alət hesab olunan armaturla onun gözünə və ayağının topuq hissəsinə gözlənilmədən ağır zərbələr vurmuşdur. Nəticədə çoxlu qan itirən Ə.Abdullayevin gözü zədələnmiş və ayaq topuğu sınmış vəziyyətdə rayon xəstəxanasına aparılmışdır.

KXCP Ali Məclis üzvü Əli bəy Abdullayevə qarşı törədilən bu cinayəti Gədəbəy rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qardaşının törətməsi partiya üzvünə qarşı siyasi sifariş olduğunu təsdiqləyir. Əyalətlərdə siyasi müxalifət fəallarına və nüfuzlu şəxslərə qarşı belə münasibət artıq bu hakimiyyətin sonunun yaxınlaşdığının göstəricisidir.

KXCP baş vermiş hadisədən hiddətini bildirir və Azərbaycan Respublikası Daxili İşlər Naziri R.Usubovun və Azərbaycan Respublikasının Baş Prokuroru Z.Qaralovun bu cinayət hadisəsinə təcili müdaxilə edərək cinayətkarın cəzalandırılmasını tələb edir.


Geri qayıt