Əsas Səhifə > Şou-biznes > SÖNƏN ODUN ÜSTÜNƏ BENZİN TÖKDÜLƏR

SÖNƏN ODUN ÜSTÜNƏ BENZİN TÖKDÜLƏR


1-10-2012, 12:07
SÖNƏN ODUN ÜSTÜNƏ BENZİN TÖKDÜLƏR
BRİLLİANT DADAŞOVA KÖHNƏ SÖHBƏTƏ QAYIDIR

Azərbaycanın əməkdar artisti Abbas Bağırovla bəstəkar-müğənni Ramal İsrafilov arasında sona çatmayan mahnı qalmaqalı yenidən gündəmə gəlib.

Abbasın ifasında sevilən “Aləm gözəl” mahnısının əsl adının “Xoşbəxt sevgi” olduğunu deyən Ramal israrla bəstəni Anar Məmmədovun yazmadığını iddia edib, özünü müəllif kimi təqdim edirdi.

Bu qalmaqallı söhbət xeyli vaxt müzakirə olundu və çoxları qalmaqallı ocağın sakitləşdiyi qənaətinə gəldi.

Xalq artisti Brilliant Dadaşovanın mübahisəli mahnını repertuarına daxil etməsi qalmaqallı ocağı yenidən alovlandırdı.

Ötən gün dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illiyi münasibəti ilə Gəncə şəhərində təşkil olunan konsertdə səhnəyə çıxan xanım Dadaşova bu mahnını ifa etdi. Ancaq o, müəllif kimi heç kimin adını vurğulamadı.

Mahnı ətrafında yaranan qalmaqala onun da münasibətini öyrənməyə çalışacağıq. \ milli.az \

Geri qayıt