Əsas Səhifə > Ölkə, Manşet > ŞOK: GÜLƏR ƏHMƏDOVA REKTORU HƏDƏLƏDİ
ŞOK: GÜLƏR ƏHMƏDOVA REKTORU HƏDƏLƏDİ1-10-2012, 11:52 |
“SIRA ELŞAD ABDULLAYEVDƏDİR” “Mən heç yerə getməmişəm, Bakıdayam, evimdəyəm. İstintaqa kömək məqsədilə deputatıq mandatından könüllü imtina etmişəm. Sıravi vətəndaş kimi ölkədə yaşamağa davam edirəm”. Bu sözləri APA-ya eksklüziv açıqlamasında Gülər Əhmədova ölkədən qaçması barədə məlumatlara münasibət bildirərkən deyib. G. Əhmədova Elşad Abdullayevin istintaqa gəlməsini və məsələlərin hüquqi müstəvidə araşdırılmasını gözləyir: “İndi sıra Elşad Abduillayevdədir. Qoy bu, məktublaşma və videolaşma oyununu dayandırıb, istintaqa gəlsin, bütün suallara hüquq müstəvisində aydınlıq gətirilsin”. Xatırladaq ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib. Geri qayıt |