Əsas Səhifə > Ölkə > DEPUTATI İNTERPOLA AXTARIŞA VERƏCƏKLƏR

DEPUTATI İNTERPOLA AXTARIŞA VERƏCƏKLƏR


1-10-2012, 11:43
DEPUTATI İNTERPOLA AXTARIŞA VERƏCƏKLƏR
GORANBOYLULARIN BAŞQA YOLU QALMAYIB

96 saylı Goranboy-Naftalan seçki dairəsindən mandat qazanmış deputat Mahir Aslanov yerli sakinlər tərəfindən dəfələrlə axtarılsa da, üzə çıxmayıb. TİA.AZ-a verilən məlumata görə, seçicilər yekunda qərarlaşdırıblar ki, deputatlarını tapmaq üçün İnterpola müraciət etsinlər.

Məlumatda deyilir ki, M.Aslanovun bu şəkildə «qeybə» çəkilməsinin səbəbi başının şəxsi biznes işlərinə qarışmasıdır. İndiyə qədər nə seçiciləri qarşısında, nə də parlamentdə çıxış etməyən «lal» deputat bu səbəbdən də seçildiyi dairənin problemlərini qabartmayıb. «Seçki vaxtı dəfələrlə ona xəbər göndərdik ki, rayonda problemlər çoxdur və onların həllinə yardımçı olsun. Dəfələrlə özünə və köməkçilərinə xəbər göndərmişik. Hətta Mahir Aslanovun köməkçiləri də deyirlər ki, onu sonuncu dəfə seçicilər görəndə görüblər».

Geri qayıt