Əsas Səhifə > Siyasət, Manşet > ELŞAD ABDULLAYEV QALMAQALINDA GƏLİŞMƏ

ELŞAD ABDULLAYEV QALMAQALINDA GƏLİŞMƏ


1-10-2012, 11:33
ELŞAD ABDULLAYEV QALMAQALINDA GƏLİŞMƏ
DƏNGƏLƏR DƏYİŞİR: KEÇMİŞ REKTORUN ÖZÜ HƏDƏFƏ ÇEVRİLƏ BİLƏR

DİA.AZ: - Məlum olduğu kimi, baş prokuror Zakir Qaralov Gülər Əhmədova və Elşad Abdullayevlə bağlı yaranmış qalmaqala münasibətini açıqlayıb. Açıqlamalardan da aydın olur ki, birbaşa olaraq prezidentin nəzarəti altında olan bu cinayət işində artıq əvvəlcədən götürülən kursa dəyişiklik edilməkdədir.

DİA.AZ bildirir ki, Gülər Əhmədova ilə bağlı kifayət qədər ehtiramla danışan baş prokuror Elşad Abdullayevin Azərbaycana gətirilməsi şərtini söyləməsi ilə əslində, bu günə qədər müşahidə olunan məlum işqlə bağlı dəst-xəttdə dəyişiklikdən xəbər verir.

Əgər dünənə qədər YAP funksionerlərinin dili ilə Gülər Əhmədova «dələduz» adlanırdısa, onun hakim partiyada qalması belə az qala təhqiredici bir hal kimi dəyərləndirilirdisə, indi dəngələrin dəyişdiyi aşkar surətdə sezilməkdədir. Bu isə təbii ki, sözügedən məsələdə əsas tərəflərdən birinə çevrilmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iradəsinin təzahürü kimi qəbul olunmalıdır.

Bununla bağlı DİA.AZ-a məlumat verən hökumət içindəki qaynaq da təsdiqləyir ki, artıq «yuxarılarda» məlum məsələ ilə bağlı «atmosfer yenilənməsi» var: «Amma kurs dəyişikliyi radikal şəkildə baş verməyəcək. Hadisələrdəki emosiya gərginliyi azaldıldıqdan sonra bu məsələyə yenidən qayıdılacaq».

Onu da bildirək ki, baş prokurorun son açıqlaması artıq Elşad Abdullayevin Azərbaycana gətirilməsi zərurətini yaradıb. Çünki məlum açıqlamadan da aydın oldu ki, Azərbaycan prokurorlarının keçmiş rektora sualları var.

Geri qayıt