Əsas Səhifə > Şou-biznes > EVLİ MÜĞƏNNİ GECƏ BARINDA QIZLA YAXALANDI

EVLİ MÜĞƏNNİ GECƏ BARINDA QIZLA YAXALANDI


2-11-2011, 17:00
EVLİ MÜĞƏNNİ GECƏ BARINDA QIZLA YAXALANDI

MÜĞƏNNİ PƏRT OLUB

Şou-biznesin gündəmindən uzaq gəzən müğənnilərdən olan Pərvin Lətifov gecə klublarının birində Trend-in fotokamerasına gözəl xanımla birlikdə yaxalandı. Çəkiliş apardığımızı görən müğənni pərt olduğunu biruzə verməməkdən ötrü bizi qabaqlayıb özünə haqq qazandırmağa başladı.

"Mən evli adamam. Ona görə də adımın hansısa xanımla hallanması yaxşı deyil. Köhnə tanışlarımdan biridir bu qız. Sadəcə oturub söhbətləşirik", - Pərvin Lətifov belə dedi.

Müğənnidən fərqli olaraq, özünü təqdim etməyən xanım qətiyyən kompleks yaşamadı. Əksinə, gülümsəyib pozalar verməkdən çəkinmədi.

Ancaq, deyəsən, çəkiliş aparmaqla cütlüyün kefinə xeyli soğan doğradıq və çox keçmədi ki, onlar əyləndikləri məkanda bir-birindən ayrıldılar.

Məlumat üçün bildirək ki, Pərvin Lətifov 2011-ci ilin iyun ayının 20-də Əfsanə adlı qızla ailə həyatı qurub.


Geri qayıt