Əsas Səhifə > Hadisə > FÜZULİDƏ VƏ BAKIDA YANĞIN OLUB

FÜZULİDƏ VƏ BAKIDA YANĞIN OLUB


30-09-2012, 12:46
FÜZULİDƏ VƏ BAKIDA YANĞIN OLUB
FHN HƏR İKİ HADİSƏNİN QARŞISINI ALIB

Dünən bir neçə bölgəmizdə yanğın hadisələri baş verib. DİA.AZ-ın Fövqəladı hallar nazirliyinin rəsmi saytına istinad verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonu vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan bir mərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 100 kv.m və 1 otağınınm yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Məlumatda deyilir ki, evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın saat 17:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər hadisə isə Füzuli rayonunda baş verib. Belə ki, rayonun İkinci Mahmudlu kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın saat 23:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Geri qayıt