Əsas Səhifə > Hadisə > XAÇMAZDA AĞIR YOL QƏZASI OLUB

XAÇMAZDA AĞIR YOL QƏZASI OLUB


30-09-2012, 12:08
XAÇMAZDA AĞIR YOL QƏZASI OLUB
YOLU KEÇƏN 82 YAŞLI XAÇMAZ SAKİNİNİ MAŞIN VURUB

Bu gecə Xaçmaz rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, təxminən saat 22.00 radələrində Xaçmazın Mehrəliqışlaq kəndində, Gəndov-Yalama yolunun 21-ci kilometrliyində Xaçmaz rayon sakini Araz Cəlalov idarə etdiyi "VAZ 21-099" markalı avtomobillə yolu keçən Qaradağ sakini 82 yaşlı Zərbalı Üzeyirovu vurub.

Piyada hadisə yerində keçinib. Qəzaya səbəb ilkin versiya olaraq piyadanın qəfildən avtomobilin hərəkət yoluna çıxması göstərilir.



Geri qayıt