Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇILARI YENİ QANUNDAN NECƏ PUL ÇIXARIR?

İCRA BAŞÇILARI YENİ QANUNDAN NECƏ PUL ÇIXARIR?


30-09-2012, 12:02
İCRA BAŞÇILARI YENİ QANUNDAN NECƏ PUL ÇIXARIR?
MASALLIDA PUL VERƏN MƏMURLAR ALİ TƏHSİLLİ KİMİ QEYDİYYATA ALINIR

DİA.AZ: - Prezidentin imzaladığı Dövlət Qulluğu haqqında qanunun yeni tələbləri bir sıra rayonların icra başçıları üçün yeni qazanc mənbəyi olub. Keçən günlərdə məlumat verərək bildirmişdik ki, konkret olaraq Qazax rayonunda icra başçısı Azay Əsgərov onlarla icra strukturunda çalışanı, büdcə təşkilatı işçilərini hədəfə alaraq, onlardan yeni bəhanə ilə pul qopartmağa çalışır.

İndii isə Masallıdan redaksiyamıza belə bir məlumat daxil olub. Rayondakı qaynağın DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, icra başçısı Rafil Hüseynov sentyabr ayının 25-də təxminən 40-a yaxın texnikum təhsilli büdcə təşkilatı çalışanını işindən azad edib.

Təbii ki, ilk baxışdan burada hər şey normal görünür və yeni tələblərə riayətdən xəbər verir. Amma mənbəmiz bildirir ki, məsələ heç də göründüyü kimi deyil: «Rafil Hüseynov şərt qoyub. Əgər hansısa icra nümayəndəsi 5 min manat pul gətirərsə, onun nəinki texnikum təhsilli, hətta ibtidai təhsilli olmasına belə göz yumulacaq».

Qeyd edək ki, hər bir rayonda icra hakimiyyətində, eləcə də ərazi nümayəndəliklərində orta ixtisas təhsili olan nümayəndələr, onların müavinləri, mühasibləri işdən azad edilir. Təkcə Masallı rayonunda belələrinin sayı 40 nəfərə yaxındır. Onlardan 2-si ərazi nümayəndəsi, digərləri isə nümayəndənin müavini və mühasibidir.

Onu da bildirək ki, bu arada icra başçısı Rafil Hüseynov rayondakı kadr islahatlarını da davam etdirir. Yəni yeni başçı özünə komanda qurmağındadır. Masallıdan daxil olan xəbərlərə görə, rayon İcra hakimiyyətinin Tikinti və Arxitektura şöbəsinin müdiri Cəmil Məmmədov bu il sentyabr ayının 27-də öz ərizəsi ilə daşıdığı vəzifəsindən azad edilib. Bu yeni icra başçısının öz aparatında fəaliyyətə başladığı 6 aylıq dövrdən bəri işdən azad etdiyi 2-ci şöbə müdiridir. Bundan əvvəl Sirac İsayev İHB-nin Ümumi şöbəsinin müdirliyindən azad edilmişdi.

Geri qayıt