Əsas Səhifə > Güney Press, Üçüncü sektor > GƏNC TURSTLƏR ÜÇÜN DƏRS KEÇİLİB

GƏNC TURSTLƏR ÜÇÜN DƏRS KEÇİLİB


30-09-2012, 11:59
GƏNC TURSTLƏR ÜÇÜN DƏRS KEÇİLİB
BUNDAN SONRA 42 GÖRÜŞÜN KEÇİRİLMƏSİ PLANLAŞDIRILIR

DİA.AZ: - Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzinin dəstəyi və Dünya Azərbaycanlı Gənclər Birliyinin və Gənclərin Həmrəliyinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Ölkədaxili Turizm”-in inkşafı layihəsinin təqdimatı keçirilib.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin sədri A. Cəmilə xanım layihə haqqında məlumat verib. Bildirək ki, hər həftənin şənbə günləri olmaqla il ərzində 42 görüş keçiriləcək. Növbəti görüş 6-7 oktyabr 2012-ci ildə İçərişəhər DTMQ idarəsi, Elmi Mədəni Mərkəz Kütləvi Tədbirlər şöbəsi tərəfindən İçərişəhərdə ekskursiya təşkil olunacaq.

Məlumatda həmçinin bildirilir ki, bundan başqa il ərzində 10 sərgi bir neçə konfranslar və diqər kütləvi tədbirlər təşkil olunacaq.


Geri qayıt