Əsas Səhifə > Ölkə, Manşet > AZƏRBAYCANLI NAZİRDƏN AĞAYANA JEST

AZƏRBAYCANLI NAZİRDƏN AĞAYANA JEST


29-09-2012, 14:41
AZƏRBAYCANLI NAZİRDƏN AĞAYANA JEST
HANSI NAZİRİMİZ SIRADAN VƏTƏNDAŞIN HAQQINA HÖRMƏT EDİB?

DİA.AZ: - Redaksiyamıza maraqlı bir məlumat daxil olub. DİA.AZ-a bildirilənlərdən belə aydın olur ki, nüfuzlu nazirlərimizdən biri bu günlərdə özünün ağayana jesti ilə diqqətə gəlib. Qeyd edək ki, həm nazirin və həm də bu jestin edildiyi sıravi vətəndaşın kimliyi redaksiyamıza məlumdur. Sadəcə olaraq, bir sıra səbəblərdən dolayı əlavə bilgiləri vermədən olayı diqqətinizə çatdırmaq qərarına gəldik.

Məlumatı verən mənbə iddia edir ki, bu günlərdə nazirlərimizdən birinin adamları Şıxov çimərliyinin yaxınlığında 10 sot torpağın alınması üçün həmin ərazinin sahibinə müraciət edirlər. Onlar vətəndaşa bildirirlər ki, filan nazirin sənin torpağından xoşun gəlib və satın almaq istəyir: «Lakin həmin vətəndaş qəribə bir jest edərək, heç nə istəmədiyini və torpağının nazirə qurban olduğunu bildirib. Və hətta sənədlərini verib ki, gedib nazirin adına keçirsinlər».

Bu xəbər həmin nazirə çatı rvə mənbəmiz bildirir ki, nazir torpaq sahibini yanına çağıraraq, onunla şəxsən görüşür: «Görüş zamanı onun jestinə adekvat olaraq nazir də qiyməti 80 min manatdan çox olmayan əraziyə 300 min manat pul verir və eyni zamanda torpaq sahibinə təşəkkürünü çatdırır».

Geri qayıt