Əsas Səhifə > Partiya > GÜLƏR ƏHMƏDOVA OLAYI MİTİNQ QƏRARINA NƏDƏN OLDU

GÜLƏR ƏHMƏDOVA OLAYI MİTİNQ QƏRARINA NƏDƏN OLDU


29-09-2012, 12:44
GÜLƏR ƏHMƏDOVA OLAYI MİTİNQ QƏRARINA NƏDƏN OLDU
QƏRAR VERİLƏCƏK

Son günlər ölkənin siyasi gündəmini Elşad Abdullayev və Gülər Əhmədova mövzusu silkələməkdədir. Kifayət qədər ciddi mövzu olan bu məsələ ilə bağlı cəmiyyətin siyasi qüvvələrdən müəyyən gözləntisi var. Bəs görəsən, siyasi partiyalar bununla bağlı hansı addımlar atacaq?

Deyerler.Org-un sualını AXCP sədr müavini Həsən Kərimov cavablandırıb: “AXCP İctimai Palatanın tərkibində fəaliyyət göstərir. Elə bu gün bu məsələ ilə əlaqədar olaraq İctimai Palatanın dinləməsi təşkil olunub. Bu dinləmələrdə məsələyə qiymət veriləcək. Burda təkcə İctimai Palata iştirak etməyəcək, eyni zamanda ziyalılar və ayrı-ayrı müstəqil adamlar iştirak edəcək. Bu müzakirələrin nəticəsi olaraq İctimai Palata, eyni zamanda partiya gələn həftə hansı tədbirlərə əl atılacağı haqda öz mövqeyini ortaya qoyacaq”.

“Bu məsələyə ancaq kabinetlərdə münasibət bildiriləcəkmi?” sualına Həsən bəy belə cavab verib: “Bu məsələ müzakirə olunur. Bu günlərdə aksiyaların keçirilməsi ilə bağlı qərar gözlənilir”.

Geri qayıt