Əsas Səhifə > Gündəm, Manşet > İQTİDARIN QURBAN SİYAHISINDA KİMLƏR VAR?

İQTİDARIN QURBAN SİYAHISINDA KİMLƏR VAR?


29-09-2012, 12:33
İQTİDARIN QURBAN SİYAHISINDA KİMLƏR VAR?
İLK QURBANLIQLARDAN BİRİNİN ƏLİ HƏSƏNOV OLDUĞU SÖYLƏNİLİR

DİA.AZ: - Son günlər baş verən qalmaqallı olayların nəticəsi olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev komandasının itkiyə uğrayacağı haqda məlumatları hələ öncədən xəbərləmişdik. Qeyd edək ki, lisenziyası ləğv edilmiş Beynəlxalq Universitetin sahibi Elşad Abdullayevin açıqladığı gizli videoçəkilişdən də aydın olurdu ki, artıq mandatından imtina etmiş deputat Gülər Əhmədova ondan 2 milyon dolları «Ramiz Mehdiyevə çatacaq» adı altında tələb edib. Doğrudur, videoçəkiliş zamanı Gülər Əhmədova «pulu mən istəyirəm» desə də, Elşad Abdullayev söhbətin gedişatını məhz gərəkən ünvana yönəltməklə, məsələnin nə yerdə olduğunu videogörüntülər hesabına aydınlatmış olur.

Təbii ki, bütün bunlar Ramiz Mehdiyev üçün gözlənilməz zərbə effektindədir. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, əslində sözügedən videomaterial Elşad Abdullayev açıqlayana qədər də dövlətin müvafiq qurumlarının əlində olub. Sadəcə olaraq, bu məsələnin hansı formada işıqlandırılması qərarı qətiləşmədiyindən, susqunluq olub. Və nəhayətdə Elşad Abdullayev tərəfindən açıqlanıb.

Mənbəmiz bildirir ki, artıq bütün proseslər nəzərdə tutulan qaydada inkişaf etməkdədir və Ramiz Mehdiyev komandasında yarpaq tökümü sezonuna start verilir. Mənbənin söylədikləri:

«Ramiz Mehdiyevin komandasına aid olan çox nüfuzlu məmurların əksəriyyətinin vəzifələrindən alınması planlaşdırılır. Hətta onlardan bəziləri məhz bu məsələ ilə əlaqədar əlbirlikdə ittiham olunaraq məsuliyyətə də cəlb oluna bilər. Bunun üçün isə Gülər Əhmədovanın gərəkən ifadələrinə ehtiyac var».

İlk olaraq hədəfə alınanlardan birinin Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov olacağını bildirən mənbəmiz onu da vurğuladı ki, onunla bərabər hətta Mehdiyevə yaxın deputatların da çıxdaş edilməsi nəzərdə tutulub.

Geri qayıt