Əsas Səhifə > Şou-biznes > AZƏRBAYCANLI AKTRİSA ÖZÜNÜ ÖLDÜRMƏK İSTƏYİB

AZƏRBAYCANLI AKTRİSA ÖZÜNÜ ÖLDÜRMƏK İSTƏYİB


29-09-2012, 11:50
AZƏRBAYCANLI AKTRİSA ÖZÜNÜ ÖLDÜRMƏK İSTƏYİB
FİDAN AXUNDOVANIN AĞIR GÜNLƏRİ

Keçmiş teleaparıcı, "Pərvanələrin rəqsi" teleserialında baş rolun ifaçısı Fidan Axundova həyatındakı ağır günlərdən danışıb.

Day.Az saytının verdiyi məlumata görə, F.Axundova serial çəkilişlərindən əvvəl onun haqqında yayılan şayiələrə də aydınlıq gətirib.

"Üç dəfə özümü öldürmək istəmişəm. Həmin anlarda həyatdan o qədər bezmişdim ki, artıq yaşamaq istəmirdim, ölmək istəyirdim ki, heç kimi görməyim. Hətta yaxınlarım da məni ölü hesab edirdilər. Bu şayiələri isə mənim ailəmə zərbə vurmaq istəyən adamlar yayırdılar. Məhz onlara görə intihar etmək istəyirdim", - aktrisa ATV telekanalının "Ümid var" verilişinə bildirib.

Hazırda o, xoşbəxtdir və çətin günləri arxada qalıb.

Geri qayıt