Əsas Səhifə > Şou-biznes > AFAQ BƏŞİRQIZINI İTALYAN HƏKİMLƏR ƏMƏLİYYAT EDİB

AFAQ BƏŞİRQIZINI İTALYAN HƏKİMLƏR ƏMƏLİYYAT EDİB


29-09-2012, 11:47
AFAQ BƏŞİRQIZINI İTALYAN HƏKİMLƏR ƏMƏLİYYAT EDİB
ONUN DURUMU NORMALLAŞIR

Ürəyindən cərrahiyyə əməliyyatı olunan Azərbaycanın xalq artisti, Musiqili Komediya Teatrının aktrisası Afaq Bəşirqızı palataya köçürülüb.

Mərkəzi Neftçilər Xəstəxanasından APA-ya verilən məlumata görə, xalq artisti bu gün səhər saatlarında palataya köçürülüb. Xəstəxanadan A. Bəşirqızının vəziyyətinin stabil olduğunu bildiriblər.

Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasında Afaq Bəşirqızının ürəyində İtaliyadan dəvət olunmuş ürək-damar cərrahının iştirakı ilə cərrahiyyə əməliyyatı aparılıb.

Onu da qeyd edək ki, son günlər başı cəncələ düşən Gülər Əhmədova da Neftçilər xəstəxanasındadır...

Geri qayıt