Əsas Səhifə > Cəmiyyət > “BOZ QURD”UN REDAKTORUNUN İŞİ AVROPA MƏHKƏMƏSİNDƏ
“BOZ QURD”UN REDAKTORUNUN İŞİ AVROPA MƏHKƏMƏSİNDƏ29-09-2012, 11:42 |
RAMİZ NƏCƏFLİ İLƏ BAĞLI QƏRAR AÇIQLANACAQ Oktyabrın 2-də Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı jurnalist Ramiz Nəcəflinin işi üzrə qərarını açıqlayacaq. APA-nın məhkəmənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 1967-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, “Boz Qurd” qəzetinin redaktoru R. Nəcəfli 2005-ci il oktyabrın 9-da keçirilən nümayişin dağıdılması zamanı zorakılığa məruz qaldığını əsas gətirərək AİHM-ə müraciət edib. Jurnalist Avropa İnsan Haqları Konvensiyasının 3-cü (qeyri-insani rəftar və insan ləyaqətini alçaldan hərəkətlərin qadağan olunması) və 10-cu (söz azadlığı) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu, polisin ona qarşı ifrat güc tətbiq etdiyini və sonradan bununla bağlı aparılan araşdırmanın qeyri-effektiv olduğunu bildirib. Geri qayıt |