Əsas Səhifə > Hadisə > AZƏRBAYCANDA DƏHŞƏTLİ STATİSTİKA

AZƏRBAYCANDA DƏHŞƏTLİ STATİSTİKA


29-09-2012, 11:25
AZƏRBAYCANDA DƏHŞƏTLİ STATİSTİKA
300-Ə QƏDƏR UŞAQ ÜRƏK ƏMƏLİYYATI ÜÇÜN NÖVBƏ GÖZLƏYİR

Azərbaycanda 300-ə qədər uşaq ürək əməliyyatı üçün növbədə dayanıb.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

Nazir müavinin sözlərinə görə, 3 il əvvəl ölkədə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait əsasında Elmi-Cərrahiyə Mərkəzinin nəzdində Uşaq Cərrahiyə Mərkəzi yaradılıb. İndiyədək burada 250 uşaq üzərində müxtəlif çeşidli ürək əməliyyatları keçirilib. Növbədə dayanmış 300 uşağın əməliyyatı isə bir il ərzində həyata keçiriləcək.

Nazir müavini uşaqlarda ürək qüsurlarının çoxalması ilə bağlı fikirlərlə razılaşmayıb: «Sadəcə əvvəllər uşaqlar müalicə üçün başqa ölkələrə və ya özəl klinikalara üz tuturdular. Artıq bu məsələ dövlət tərəfindən həllini tapıb».

Geri qayıt