Əsas Səhifə > Ölkə, Manşet > ABDULLAYEVİN UNİVERSİTETİ BƏRPA OLUNUR

ABDULLAYEVİN UNİVERSİTETİ BƏRPA OLUNUR


28-09-2012, 13:06
ABDULLAYEVİN UNİVERSİTETİ BƏRPA OLUNUR

BU ŞOK MƏLUMAT SOSİAL ŞƏBƏKƏLƏRDƏ YAYILIB

DİA.AZ: - Lisenziyası ləğv edilmiş Beynəlxalq Universitetin bərpa olunması gözlənilir. Bu şok məlumat elə bu dəqiqələrdə «Fasebook» sosial şəbəkəsində yayılıb. DİA.AZ bildirir ki, məlumatı yayan qaynaqlar iddia edirlər ki, artıq bununla bağlı Təhsil Nazirliyinə müvafiq göstəriş verilib.

Məlumatda deyilir: «Elşad Abdullayevin rektoru olduğu universitet bərpa olunur. Artıq təhsil nazirliyinə göstəriş verilib. Və bütün hazırlıq işləri görülür. Elşad Abdullayevin özü isə Bakıya qayıda bilcək».

Məlumatda əlavə olaraq o da qeyd olunur ki, Elşad Abdullayevin dönüşünə paralel olaraq Gülər Əhmədova həbs olunacaq: «Onu himayə edən Ramiz Mehdiyevə isə getməkdən başqa bir yol qalmır».

Geri qayıt