Əsas Səhifə > Cəmiyyət > NAZİRİN TORBASINI TİKDİYİ İŞÇİSİ TƏMİZƏ ÇIXIR

NAZİRİN TORBASINI TİKDİYİ İŞÇİSİ TƏMİZƏ ÇIXIR


28-09-2012, 12:33
NAZİRİN TORBASINI TİKDİYİ İŞÇİSİ TƏMİZƏ ÇIXIR

“RAFİQ HÜSEYNOVUN YALANI ORTAYA ÇIXDI”

Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov öz işi ilə bağlı məhkəmənin gedişindən Modern.az-a danışıb. Onun sözlərinə görə, hələ indiyə qədər onun ifadəsi alınmayıb.

Orxan Kərimov “Sentyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə oldu. Məhkəmə zamanı mənə qarşı ifadə verən Rafiq Hüseynov vəkillərimin suallarını cavablandırıb. Nəticədə ortaya çıxdı ki, bunun dediklərinin hamısı yalandır. Belə mənzərə yarandı ki, o insan elə əvvəldən yalan danışırmış” – deyə bildirib. O, məhkəmənin ədalətli aparıldığını bildirib.

“İndi ən ədalətli mövqe ondan ibarət oldu ki, Rafiq Hüseynovun yalan danışdığı ortaya çıxdı. Bunu mən müsbət hal kimi qiymətləndirirəm. Düşünürəm ki, məhkəmənin gedişində bəraətverici məqamlar ortaya çıxacaq. Məhkəmənin gedişində da mən razıyam. Hər şey ədalətlidir. Həm hakimlər kollegiyasında da tam şərait yaradırlar ki, obyektiv araşdırma aparılsın”.

Keçmiş müdir müavini qeyd edib ki, məhkəmədən sonra daha ətraflı məlumat verəcək. Növbəti məhkəmə prosesi oktyabrın 3-də davam etdiriləcək

Qeyd edək ki, O. Kərimov ötən il iyunun 6-da həbs olunub. O rüşvət almaqda ittiham olunur. Ürək xəstəliyindən əziyyət çəkən O. Kərimov barəsində həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib

Geri qayıt