Əsas Səhifə > Hadisə > GÖYÇAYDA QƏZA ÖLÜMƏ NƏDƏN OLDU

GÖYÇAYDA QƏZA ÖLÜMƏ NƏDƏN OLDU


28-09-2012, 11:21
GÖYÇAYDA QƏZA ÖLÜMƏ NƏDƏN OLDU

DAİRƏVİ YOLLARDA ÖLÜM HALLARI ARTIR

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 216-cı kilometrliyində, Göyçay rayon mərkəz avtovağzalının qarışısında baş verib. Göyçay sakini, 1993-cü il təvəllüdlü Bağırov Şahin Şahin oğlunun idarə etdiyi “90-FX- 211” dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən yoldan çıxaraq dairəvi yolayırıcına çırpılaraq aşıb.

Hadisə nəticəsində sürücü vəfat edib, sərnişin, 1991-ci il təvəllüdlü Qəniyev Emil Elman oğlu ağır bədən xəsarətləri Göyçay mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Şahidlərin sözlərinə görə, hadisə iki avtomobilin ötüşməsi nəticəsində baş verib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Geri qayıt