Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ETİBAR PİRVERDİYEV TƏCİLİ MİNGƏÇEVİRƏ GEDİB

ETİBAR PİRVERDİYEV TƏCİLİ MİNGƏÇEVİRƏ GEDİB


28-09-2012, 11:04
ETİBAR PİRVERDİYEV TƏCİLİ MİNGƏÇEVİRƏ GEDİB

“AZENERJİ” PREZİDENTİ HƏRƏKƏTƏ KEÇDİ

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev ölkənin enerji təchizatında yaranan problemləri yerindəcə araşdırmaq üçün helikopterlə təcili Mingəçevirə gedib.

Qurumdan hadisə ilə bağlı bildirilib ki, bu gün səhər saatlarında Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının iki transformatoru sıradan çıxıb. Nəticədə paytaxt Bakı ilə yanaşı ölkənin bir sıra rayonlarında enerji verilişi tamamı ilə dayandırılıb. Hazırda transformatorların fəaliyyəti müvəqqəti bərpa olunub. Həmçinin qeyd edilib ki, stansiyada baş verən hadisə zamanı insan itkisi olmayıb.

Hazırda stansiyada bərpa işlər davam etdirilir.

Geri qayıt