Əsas Səhifə > Gündəm, Manşet > SABİQ DEPUTATDAN BAŞ REDAKTORA İTTİHAMLAR

SABİQ DEPUTATDAN BAŞ REDAKTORA İTTİHAMLAR


28-09-2012, 10:09
SABİQ DEPUTATDAN BAŞ REDAKTORA İTTİHAMLAR

DÜNYAMİN XƏLİLOV ONA QARŞI OLAN İTTİHAMLARA İTTİHAMLA CAVAB VERDİ

DİA.AZ: - Keçən günlərdə portalmızda “İpəkçi” qəzetindən götürülmə“Dünyamin Xəlilov milyonları necə yeyir?” başlıqlı və “Terroru maliyyələşdirmək üçün açılan və dağıdılan müəssisələr” yarımbaşlığı altında məqalı yer almışdı. Bildirək ki, məqalədə sabiq deputat Dünyamin Xəlilova qarşı olduqca ağır ittihamlar yer aldığından qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağımıza söz vermişdik.

DİA.AZ-a bununla əlaqədar mövqeyini yollayan keçmiş deputat, Şəkinin Mədəni İrsinin Qorunmasına Dəstək İctimai Birliyinin sədri Dünyamin Xəlilov qarşı tərəfə - “İpəkçi” qəzetinin rəhbərliyinə çox ağır ittihamlar səsələndirib. Həmin mövqeyi olduğu kimi diqqətinizə çaydırırıq:

“Böhtançı məqalənin müəllifi, özünü sənədləri saxtalaşdırmaqla “İpəçki” qəzetinin təsisçisi kimi rəsmi təqdim edərək şəxsi maraqlarını təmin etməyə çalışan və sonda bu planı Şəki-İpək ASC-ti tərəfindən ifşa edilərək bu mətbu orqandan uzaqlaşdırılan Məmmədov Aydın adlı birisidir. Bu adam atası Salis Məmmədovun bir neçə il əvvəl vəfatından sonra “İpəçki” qəzetinin baş redaktoru vəzifəsini faktiki olaraq ələ keçirərək fəaliyyət göstərmişdir. Lakin o atası qədər təcrübəli olmadığından ondan fərqli mövqe tutaraq vəzifədən “vurulmuş”lara “stavka” etməyə başlamışdır. Belə ki, qəzetin maliyyələşməsi xatirinə “dost”luq əlaqələri qurduğu havadarlarının sifarişi əsasında mənə qarşı müxtəlif media qurumlarına və dövlət orqanlarına qatı böhtan dolu məqalə və şikayət məktubları göndərməklə məşğul olmağa başlamışdır. Aydın Məmmədovun son məqaləni yazıb dia.az saytında çap etdirməsinin digər səbəbi də budur ki, Şəki-İpək ASC-nin idarə heyəti “İpəçki” qəzetinin sənədlərini saxtalaşdıraraq özünü təsisçi kimi qələmə verməsinə görə onu bir saxtakar kimi cəzalandıraraq qəzetin fəaliyyətinə yeddi ay əvvəl birdəfəlik xitam verməsi barədə qərar qəbul edilmişdir. Atasından qalma” çörək ağacı”nın əldən çıxması ilə barışmayan A.Məmmədovun gözlərini qan örtmüş və va-bank prinsipi ilə bunun günahını bizlərdə görərək ən ağlasığmaz dövləti cinayətlərdə bizi ittiham etmək yolunu tutmuşdur.

Məqalədə qeyd edilir: “...Maraqlıdır ki, Dünyamin Xəlilovun təsisçisi olduğu özəl mühafizə dəstəsinin Azərbaycanda dəhşətli terror hadisələri törətməyə, Şəkidə Prezident İlham Əliyevi cismani cəhətdən məhv etməyə hazırlaşmaları sübut edilsə də onun özünə “gözün üstə qaşın var” deyən olmadı?!”... Görün bu sətirlərin müəllifi nə qədər mənəvi aşınmaya məruz qalıb ki, məsuliyyətsizlikdən hətta yazdığının fərqində deyil. Əvvəlcə qeyd etmək istəyirəm ki, mən heç vaxt hər hansı mühafizə dəstəsinin rəhbəri olmamışam. MTN tərəfindən həbs olunmuş, Şəki-İpək ASC-nin sabiq mühafizəçisi olmuş

Rəşad Aşurovla bağlı mətbuata verdiyim açıqlamanı yenə təkrar etmək istəyirəm ki, mənim Şəki-İpək ASC-nə gələndə ola bilsin ki, Rəşad da bir əməkdaş kimi orda olub. Qaldı ki, bu adamın məqalədə göstərildiyi kimi, guya mənim şəxsi sürücüm işləyib bu ağ yalandır. Mənim Rəşad adlı sürücüm olmayıb. Digər tərəfdən, böhtançı məqalənin müəllifi Cənab Prezidentin təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyan rəsmi qurumları nədə təqsirləndirmək istəyir görəsən? Yoxsa ki, dövlətimizin rəhbərini bundan savayı istəyən yoxdurmu?

Məmmədov Aydının digər sərsəmləmələrinə cavab olaraq bildirmək istəyirəm ki, guya mən bir iş adamı olaraq dövlətdən yarım milyard manat kredit almışam. Bank və kredit anlayışı olmayanlara bir daha xatırlatmaq istərdim ki, kredit alan hər hansı təşkilat ən yaxşı halda qoyduğu girovun 3/2 hissəsi qədər maliyyə vəsaiti əldə edə bilər və ya Nazirlər Kabineti rəhbərinin zəmanət məktubu əsasında dövlət işlərinin görülməsi təyinatı üzrə kredit əldə etmək mümkündür. Mənimsə tələb olunan girovun mində bir hissəsini qoymağa imkanım yoxdur.

Şəki şəhərinin qərb hissəsində yerləşən “Şəki Tikinti Materialları” ASC və onun yanındakı Asfalt zavodun yerləşdiyi yerdə “Bayraq meydanı”nın və Heydər Əliyev Mərkəzinin, Şəki şəhər İcra Hakimiyyəti Aparatının yeni binasının inşası nəzərdə tutulduğundan hər iki obyekt şəhərin digər yerində yerləşdirilməsi hökumət tərəfindən qərara alınmışdır. Məqalədə isə qeyd edilir ki, guya mən Dünyamin Xəlilovun göstərişi ilə iki möhtəşəm obyekt göz qırpımında söküldü və yox edildi”. Məncə heç orta məktəbin aşağı sinif şagirdi belə düşüncəyə sahib ola bilməz”.

Məqalədə adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt