Əsas Səhifə > Partiya, Manşet > SENSASSİYA: 2-Cİ İQTİDAR PARTİYASI YARADILIR

SENSASSİYA: 2-Cİ İQTİDAR PARTİYASI YARADILIR


27-09-2012, 12:42
SENSASSİYA: 2-Cİ İQTİDAR PARTİYASI YARADILIR

BUNUNLA BAĞLI QOLLAR ÇIRMANIB

DİA.AZ: - Hakimiyyət yeni siyasi plan üzrə hərəkət barədə qərar qəbul edib. Bu şok məlumatı redaksiyamıza hökumət içindəki etibarlı mənbələr ötürüb. DİA.AZ-a daxil olan informasiyalardan belə aydın olur ki, qarşıdan gələn prezident seçkilərilə əlaqədar yeni hərəkət planının icrası ilə bağlı qərar verən YAP iqtidarı bu dəfə daha çox beynəlxalq müstəviyə hesabalnamşı mexanizm üzərində işləməkdədir.

Qeyd edək ki, son zamanlar rəsmi Bakı Avropada ciddi iqtisadi dayaqlar formalaşdırmaqdadır. Məsələn, Macarıstan dövlət istiqrazlarının satın alınmasına yatırılacaq 3 milyard dollar, eyni zamanda Rumıniyada, İsveçrədə həyata keçirilən iri neft-qaz layihələri də bu qəbildəndir. Bu yaxınlarda isə rəsmi Bakı Fransa ilə çox mühüm sazişlərə və gizli anlaşmalara da imza atıb ki, bütün bunlar da sırf olaraq qarşıdan gələn prezident seçkilərinə və həmçinin, bilmərrə olaraq hazırki iqtidarın beynəlxalq aləmdəki maraqlarının mühafizəsinə hesablanıb.

Bununla bağlı danışan mənbəmizə görə, artıq daxildəki ictimai rəyi istədiyi an istədiyi istiqamətə yönəltmə təcrübəsində özünü arxayın hiss edən rəsmi Bakı bu dəfə əksər addımlarını sırf olaraq beynəlxalq müstəvi üçün nəzərdə tutub: «Bu baxımdan bu gün YAP iqtidarının kosmetik mahiyyətdə olsa belə, demokratik görüntüyə ehtiyacı var. Bunun üçün isə bir partiyanın əbədi hakimiyyəti ideyasından vaz keçilir və bununla da «totalitar quruluş» mahiyyətini darmadağın etmiş olur».

Mənbəmiz bildirir ki, məhz bu məqsədlə ikinci hakimiyyət partiyası ideyasının yaranmasına qərar verilib. Xatırladaq ki, bir neçə gün əvvəl belə bir tədarük rəsmi dillər tərəfindən də dolayı yollarla səsləndirilib. Belə ki, hakimiyyətyönlü Ana Vətən Partiyasının hakim Yeni Azərbaycan Partiyasına birləşdirilməsi ideyasından danışılarkən bildirildi ki, əksinə iqtidar düşərgəsinin yeni təşkilata ehtiyac var.

Bununla əlaqədar gələn informasiyalardan aydın olur ki, artıq yeni siyasi təşkilatın quruculuğu ilə bağlı ilkin tədarüklər planı hazırlanıb: «Qollar çırmanıb. İkinci iqtidar partiyasının hansı ərəfədə elan olunacağı dəqiq bəlli olmasa da, ideyanın gerçəkləşdirilməsi qərarı qətidir. Çünki bu yolla YAP iqtidarı hakimiyyəti özündən özünə ötürməyə imkan qazanacaq».

Geri qayıt