Əsas Səhifə > Cəmiyyət > ƏBÜLFƏS QARAYEVİN NAZİRLİYİNDƏN VİDEOQALMAQALA REAKSİYA

ƏBÜLFƏS QARAYEVİN NAZİRLİYİNDƏN VİDEOQALMAQALA REAKSİYA


27-09-2012, 11:30
ƏBÜLFƏS QARAYEVİN NAZİRLİYİNDƏN VİDEOQALMAQALA REAKSİYA

“ÖZ SÖZÜMÜZÜ DEYƏCƏYİK”

Deputat Gülər Əhmədova ilə bağlı qalmaqalda M.Ə.Sabir adına şəhər kitabxanasının direktoru Sevinc Babayevanın da adı keçir. Məlum videomaterialda S.Babayeva fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayevin deputat mandatı qazanması üçün vasitəçilik edən şəxs kimi təqdim olunub.

M.Ə.Sabir adına şəhər kitabxanası Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin sərəncamındadır. S.Babayeva ilə bağlı xoşagəlməz məsələyə münasibət bildirən idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Samid Rzayev Modern.az-a deyib ki, qalmaqallı videomaterial hüquq-mühafizə orqanlarında araşdırıldıqdan sonra kitabxana direktoru haqda hansısa ölçü götürülə bilər.

“Hazırda sözügedən məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Videoçəkilişin saxta olub-olmadığı aşkar olduqdan sonra idarəmiz Sevinc Babayeva ilə bağlı konkret münasibət bildirəcək”.

S.Rzayev qeyd edib ki, Sevinc Babayeva M.Ə.Sabir adına kitabxanın direktoru vəzifəsinə 2011-ci ilin oktyabrında təyin edilib.

“Ondan qabaq isə harada işlədiyi barədə məlumatlar mətbuatda öz əksini tapıb. O bizə gələndə onun bütün sənədləri qaydasında idi. Bu qalmaqallı hadisə isə 2005-ci ildə olub. Olay hüquq-mühafizə orqanları tərəfindən araşdırılsın, rəy verilsin, sonra Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi də onunla bağlı sözünü deyəcək”.

Geri qayıt