Əsas Səhifə > Sosial, Manşet > YAVƏR CAMALOV DÖVLƏTİN PULLARINI NECƏ TALAYIR?

YAVƏR CAMALOV DÖVLƏTİN PULLARINI NECƏ TALAYIR?


27-09-2012, 11:25
YAVƏR CAMALOV DÖVLƏTİN PULLARINI NECƏ TALAYIR?

MÜDAFİƏ SƏNAYESİ NAZİRİNİN MÜDHİŞ MALİYYƏ MAXİNASİYALARI

DİA.AZ: - Müdafiə sənayesi naziri Yavər Camalovun fəaliyyəti ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Həmin məlumatlarda Yavər Camalovun maxinasiyalarından söhbət gedir. Məlumatı DİA.AZ-a Müdafiə Sənayesi Nazirliyinə tabe olan müəssisəsələrdən birinin işçisi verib.

Adının çəkilməsini istəməyən həmin şəxsin sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyinin aldığı avadanlıqların əhəmiyyətli hissəsi keyfiyyətsizdir: "Bu avadanlıqlar Türkiyədən gətirilir. Və Türkiyə şirkətlərinin istehsalı kimi qeydiyyatdan keçir. Əslində həmin avandanlıqlar Çin istehsalıdır. Məsələn, mənim işlədiyim müəssisə üçün bir neçə qurğu alınıb. Qurğuların hamısı Çin istehsalıdır. Amma rəsmi sənədlərdə Türkiyə istehsalı kimi göstərilib".

Müsahibimiz bildirib ki,bu yolla avadanlıqlar üçün ayrılan milyonlarla vəsait qaranlıq məqsədlərə sərf edilir: "Çin istehsalı olan avadanlıqlar keyfiyyətsiz olduğu üçün ucuzdur. Nazirliyin büdcəsini talamaq üçün bu üsuldan istifadə edirlər".

Əldə etdiyimiz başqa məlumatlarda isə bildirilir ki, Yavər Camalovun Türkiyədə anlaşdığı müəyyən şirkətlər. Həmin şirkətlər Çindən gətirdikləri avadanlıqları Türkiyə istehsalı adı altında Müdafiə Sənayesi Nazirliyinə satır.

Geri qayıt