Əsas Səhifə > Ölkə > “BU ÖLKƏDƏ HƏR ŞEY NƏZARƏTDƏDİR”

“BU ÖLKƏDƏ HƏR ŞEY NƏZARƏTDƏDİR”


2-11-2011, 12:27
“BU ÖLKƏDƏ HƏR ŞEY NƏZARƏTDƏDİR”

MEHMAN ƏLİYEV: “NİYƏ DƏ ETMƏSİNLƏR Kİ?!”

Dünyada bir sıra ictimai əhəmiyyətli işlərin həyata keçirilməsinə maliyyə dəstəyi üçün müxtəlif müstəvili ictimai əsaslarla yardımlaşma formaları vardır. Fondlar, vəqflər və sairə yollarla həyata keçirilən bu tip yardımlaşmalar həm də cəmiyyətdaxili əlaqələri gücləndirir. Məsələn, dünyada son belə fondlardan biri Nyu-Yorkda Uolt-Strit hərəkatına yardım məqsədilə yaradılıb.

Qonşu və qardaş Türkiyə Cümhuriyyətində bu istimaqətdə xeyli vəqflər işləyir və insanlar bu yolla dövlətin həyata keçirə bilmədiyi yardımları həyata keçirir. Azərbaycanda son belə ictimai fond “2 aprel” məhbusları üçün yaradılsa da, buraya da ianələrin toplanmasında digər fondlar kimi kifayət qədər qeyri-qənaətbəxş durum var.

Bəs görəsən, ölkəmizdə niyə ianə mədəniyyəti formalaşmır? MövzunuDeyerler.Org-a cavablandıran Turan informasiya agentliyinin rəhbəri, ölkədə hazırda müvafiq istiqamətdə çalışan böyük fondlardan birinin idarə heyətinin sədri Mehman Əliyev səbəbi belə izah edir:

“Çünki bu ölkədə hər şey nəzarətdədir. Hər hansı bir insana, hərəkata yardım eləməyə hakimiyyət tərəfindən çox pis baxılır. Hər hansı bir insan, şəxs bir yardım əlini uzatsa, o əli kəsəcəklər. Bu mənada burada da bizdə sərbəstlik, azadlıq yoxdur. Ona görə də hamı bundan qorxur, narahatdır. Bizdə bu mədəniyyətin formalaşmamasının əsas səbəbi budur. Yoxsa insanlarımız bu kimi xeyirxahlıqları edərlər. Niyə də etməsinlər ki?!”


Geri qayıt