Əsas Səhifə > Manşet, Siyasət > Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır?

Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır?


Bu gün, 09:45
Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır?
"Nepotizm - ölkəmizdə geniş yayılmış, qarşısının alınması üçün "peyvəndi" tədbiq olunmayan bir virusdur..." "DİA-AZ" bildirir ki, bu açıqlama ilə növbəti dəfə neftçilərin üz-üzə qaldığı problemləri işıqlandıran Neftçilərin Hüquqlarının MÜdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edib.
M.Qəhrəmanlı daha sonra mahiyyəti üzrə bunları deyir: "SOCAR Kompleks Qazma İşləri Trestindən işçi yazdı, araşdırılmasını xahiş etdi. Problemə, şirkətdə mövcud olan “qohumluq” zəncirinə yaxşı bələd olan şəxs kimi buna (araşdırılacağına) inanmasam da, hər halda işçinin xahişini diqqətinizə çatdırıram. Bəlkə işçi düz deyir?
- Əksər bölüm rəislərinin qohumları dəniz özüllərində yerləşdirilib, hamısına da “peşəkarlıq” verilir, halbuki “peşəkarlıq” sözü nədir bilmirlər...
- İndi də “performans” qiymətləndirmə moda düşdü, bonusla bağlı əmr gəldi işçilərə performans qiymətləndirmə ilə veriləcək. Yəqin ki, yenə peşəkarlıq kimi, bölüm, sahə rəislərinin qohumlarının performans qiymətləri yüksək olub, daha böyük bonus alacaq, adamı olmayan az...
- Niyə performans qiymətləndirmə nəticələri işçilərə elan edilmir, gizli saxlanılır?
Sonda isə bunu qeyd edirəm: Əgər işçinin yazdıqları düzdürsə, bu halda "qınanılan" şəxslər şəhadət barmağını yuxarı tuşlayıb deyə bilər: Onlara olar, mənə yox? Yetim əlində qoğal əcaib?.."

Geri qayıt