Əsas Səhifə > Manşet, Gündəm > Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış

Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış


Bu gün, 08:42
Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış
"Bir müddət əvvəl qələmə aldığımız ““Canişin”in dabbaqdakı gönü” sərlövhəli məqalədə qeyd etmişdik ki, Naxçıvanın indiki Baş naziri, FETÖ-ya bağlılıqda ittiham olunan Ceyhun Cəlilov hələ Muxtar Respublikanın Əmək və Əhalinin Sosial Müdafiə naziri işləyərkən vətəndaşları məşğulluğa cəlb etmək layihəsi çərçivəsində kənd əhalisinə xəstə iribuynuzlu heyvanlar vermiş və nəticədə sağlam heyvanları da dabbaq xəstəliyinə yoluxdurmuşdu". "DİA-AZ xəbər verir ki, bunu öz açıqlamasında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra əlavə edib: "Rəsmi məlumatlara görə, təkcə bu ilin yanvar-iyul ayları ərzində sözügedən proqram çərçivəsiində Naxçıvanda 638 kənd təsərrüfatı sahəsinə xəstə danalar paylanmışdır. Ceyhun Cəlilovun guya yeni iş yerləri yaratmaq adı altında əslində Muxtar Respublikada yürütdüyü təxribatın nəticələri o qədər ağır olmuşdur ki, Naxçıvanın Kənd Təsərrüfatı naziri Xəyalə Dadaşova bunun qarşısın almaq üçün yoxlamalara başlamış və bəzi təsərrüfat subyektlərində təsbit etdiyi müəmmalı faktları aktlaşdıraraq, mərkəzi hakimiyyətin müvafiq orqanlarına göndərmişdi. Xəyalə xanım atdığı bu addımla Naxçıvan “canişin”in qəzəbinə gəlmiş və Naxçıvanın faktiki hakimi-mütləqi onu təhqiramiz şəkildə hökumət iclasından qovmuşdu. Xəyalə xanım isə “canişin”in məmur ədəbinə yaraşmayan bu hərəkətinə dözməyib onu Prezident Aparatına şikayət etmişdir.
Naxçıvanın Kənd Təsərrüfatı nazirinin bu şikayətini araşdırmaq üçün Azərbaycan Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov regiona göndərilsə də, “canişin” əfəndi onun öz həmkarı ilə görüşünə mane olmağa çalışmışdır. Xəyalə xanımın növbəti şikayəti əsasında “canişin”in bu təşəbbüsü də baş tutmamış və sonunda nazirlər bir araya gəlməyi bacarmışlar.
Bu gün həmin faktı təsdiqləyən bir sənəd əldə etmişik. Sənəd kənd təsərrüfatı subyektlərindən birində aparılan yoxlamalarla bağlı tutulmuş aktdır. Aktda göstərilir ki, Ordubad rayonun Sabirabad kənd sakini Həsənov Mürsəl Tapdıq oğluna Dövlət Məşğulluq Agentliyi tərəfindən 29.12. 2023-cü il tarixində 3 baş iribuynuzlu mal verilib. Aparılan yoxlamalar nəticəsində bu mallardan 2-də dabbaq xəstəliyi müəyyənləşdirilib.
Haqqında danışdığımız sənəd bir daha sübut edir ki, Naxçıvanda heyvanları dabbaq xəstəliyinə tutduran Ceyhun Cəlilovun təxribatçı hərəkətləri bizim təsəvvür etdiyimizdən daha böyük imiş. Biz bu təxribatın 2024-cü ilin ilk 7 ayı ərzində həyata keçirildiyini sanır və o səbəbdən yoluxucu xəstəliyə yoluxdurulan təsərrüfatların sayının 636 olduğunu düşünürdük. Sənəddən isə belə məlum olur ki, Ceyhun Cəlilov bu təxribatına 2023-cü ildən başlayıb. Ötən il nə qədər təsərrüfatın “müftə dana” ilə təchiz olunduğu barədə hər hansı rəsmi məlumata rast gəlmədik. Ceyhun Cəlilovun mətbuata verdiyi müsahibələrindən yalnız o anlaşılır ki, 2023-də 1000 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Amma onlardan neçəsinə xəstə dana verildiyinə aydınlıq gətirilməyib.
Bizim üçün ən müəmmalı məqam isə odur ki, əməli fəaliyyəti təsərrüfatlara dabbaqlı dana bağışlayıb Naxçıvan inəklərini xəstəliyə yoluxduran bu adam cəzalandırılmaq əvəzinə mükafatlandırılıb. Onu əvəzsiz xidmətlərinə görə, 1 il, 1 ay, 10 gündən sonra baş nazir vəzifəsinə yüksəldiblər. Təbii ki, “canişin” həzrətlərinin təqdimatı ilə. Görünür, “canişin” əfəndi də Muxtar Respublikaya yaxşıları cəzalandırılıb pislikləri mükafatlandırmaq üçün göndərilib".
QEYD: müəllif "canişin" dedikdə Naxçıvanın hazırki rəhbəri Fuad Nəcəflini nəzərdə tutur...

Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış
Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış

Geri qayıt