Əsas Səhifə > Manşet, Ölkə > İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI...
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI...Bu gün, 09:42 |
Dünən xəbəri yayıldı ki, Bakıdakı apteklərdən birində insident baş verib. "DİA-AZ" bildirir ki, məlumatda aptek müdiri olduğu iddia edilən Cabbarov Elnur Elman oğlunun işçisi Aysel adlı xanımı vəhşicəsinə döyməsi əks olunmuşdu və bunu təsdiqləyən video da ictimailəşdi: Qeyd edək ki, yayımlanan kadrlarda da müdirin işçini yumruqladığı, təpikləyərək yerdə sürüdüyü açıq-aşkar görünür. Həmin görüntülərə artıq əlaqədar qurumlardan da reaksiya verilib. Daxili İşlər Nazirliyindən mətbuata bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə məlumat veriləcək. "DİA-AZ" isə bu arada işçisinə qarşı acımasız davranan müdirlə bağlı ilginc informasiya əldə edib. Xəbərlərdən aydın olur ki, sən demə Elnur Cabbarovun bir neçə apteki var və adam əməlli-başlı oliqar imiş. Onun apteklərininiun siyahısını təqdim edirik: 1) Təhsil muzeyi ilə üzbəüz. 2) Maliyyə nazirliyi ilə üzbeüz. 3) Ceyhun Hacıbəyli küçəsində "İstikbal Mebel" dükanının yanında. 4) Bakıxanov küçəsində keçmiş "Drujba" kinoteatrına çatmamış sağ tərəfdə binanın altında... Azadlıq küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində. 5) Rəşid Behbudov küçəsində "Zoo" mağazanın yanında. 6) "Xətai"də "Əlli qəpik" restoranı ilə üzbəüz metronun çıxışına yaxın... 7) Ayna Sultanov küçəsində... Həm də yeni açılıb.. 8) "Əhmədli"də "Bakı" kinoteatrı ilə üzbəüz. Əlavə bilgilərimiz olacaq... Geri qayıt |