Əsas Səhifə > Manşet, Sosial > "Dili korlayan ilk növbədə mövcud akademik mühitdir..."
"Dili korlayan ilk növbədə mövcud akademik mühitdir..."Dünən, 09:21 |
"Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Prezidentin Sərəncamı ilə ləğv edilib. Büdcəyə yük olan faydasız və lüzumsuz qurumların ləğvinin davamlı olacağına şübhə etmirəm". "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov çıxış edib. O daha sonra davam edir: " Əslində akademşəbəkənin şəxsi maraqlarına cavab verən belə qurumların mövcudluğu sayəsində dilimizin korlanması ilə yanaşı milli maraqlarımız da arxa plana keçir. *** İsa Həbibbəyli: "Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi "dil nazirliyi” funksiyalarını həyata keçirəcək" (7 Noyabr 2018). Nazirlik ha! İştaha bax e! Təəssüf ki, regional bir şöbə funksiyasını da həyata keçirə bilmədi. Problemə qətiyyən nüfuz edə bilmədilər, qıcıq yaradıb normal vəziyyəti gərginləşdirdilər. Dili korlayan ilk növbədə mövcud akademik mühitdir. Problemin həlli yolu çox sadədir. Akademik mühit düzəlsin, hər şey qaydasında olacaq. Düzəlməsini istəmirlər axı. Düzəlsə, belə qurumların yaradılmasına nail olub bəhrələnə bilməyəcəklər... Deyilənə görə, müğənnilər dilimizi korlayırlarmış. Pah atonnan! Deyirəm, əslində, qəşəy vəzifə imiş e. Akademşəbəkəyə dəstək ver, iş görüntüsü yarat, dövlət maraqlarının yaralanması hesabına kef sür. Başqa ölkələrin alim-akademikləri öz dövlətlərinin, millətlərinin maraqlarını düşünəndə bizimkilər də şəxsi və dəstə maraqları naminə dövləti söküb-dağıtmağın optimal, optimal olduğu qədər də qəbih olan yollarını arayıb-axtarırlar..." Geri qayıt |