Əsas Səhifə > Manşet, Güney Press > Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN...

Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN...


Dünən, 17:48
Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN...
Yerli DSK məlumat verir ki, bu il Naxçıvandan köçənlərin 325 nəfəri geri qayıdıb. Məlumatda bildirilir ki, onlardın 123-ü Bakıya, 174-ü Türkiyəyə, yerdə qalanı isə, digər ölkələrə köçüblərmiş. "DİA-AZ" xəbər verir ki, onların geri qayıtmalarının səbəbi haqda məlumat verilmir.

Qeyri-rəsmi məlumatlara görə, Vasif Talıbovun 27 illik hakimiyyəti dönəmində işsizlik və ədalətsizlik üzündən Naxçıvanı 200 mindən çox insan tərk edib. O hakimiyyəti təhvil verdikdən sonra, son iki il ərzində bu rəqəmə daha 50 min əlavə olunub. Yeni köç dalğasına isə, vaxtilə Talıbovların nəzarətində olan fabrik və zavodlardakı iş yerlərinin bağlanması olub.

"DİA-AZ" bildirir ki, Fuad Nəcəflinin gəlişindən sonra artan köç tempi yerli sakinlər tərəfindən ironik reaksiya ilə də müşaiyət olunur. Sakinlər "Naxçıvandan axırıncı çıxan qapını örtsün" deməklə əslində durumun faciəli olmasına işarə edirlər...

Geri qayıt