Əsas Səhifə > Manşet, Ölkə > Fuad Nəcəflinin ilin sonuna qədər VAXTI VAR...
Fuad Nəcəflinin ilin sonuna qədər VAXTI VAR...15-11-2024, 11:41 |
“Naxçıvanda kənd təsərrüfatı, iqtisadiyyat, su təminatı və digər sahələr üzrə nəzərdə tutlan işlərin əsas hissəsi yerinə yetirilib”. "DİA-AZ" xəbər verir ki, bu haqda prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayındəsi Fuad Nəcəfi COP29-un açılışında jurnalistlərə danışıb. O bildirib ki, gələn ildən bu işlərin icrası sürətləndiriləcək. Bir sözlə... güllük-gülüstanlıq... Amma Fuad Nəcəfli gələn ilə qədər hazırki mövqeyində qalacaqmı? Bu barədə "DİA-AZ"ın əldə etdiyi bilgilərdən aydın olur ki, F.Nəcəfli dəfələrlə "yuxarılara" izahat verərək, Naxçıvandakı durumun nədən əvvəlkindən - yəni Vasif Talıbov dönəmindən də ağır olmasını əsaslandırmağa çalışıb, amma... Mənbə deyir: "Amma bu onda alınmayıb. Çünki Fuad Nəcəfli gəldiyi gündən yalnız öz yaxınlarına, hətta öz kəndinə gün ağlayıb... Naxçıvan ümumilikdə isə ağlar günə qalıb. Bu gün Naxçıvandan sürətli köç həyata keçirilir, MR tamamən boşalmaq üzrədir. Nəcəfli məgər problemləri belə həll edir? Təbii ki, onun nağıllarına kimsə inanmır. Elə "yuxarılar" da... Ona görə də bu ilin sonuna yaxın Naxçıvana yeni rəhbər təyinatı gözlənilir". Mənbə iddia edir ki, artıq bu barədə siyasi qərar verilib... Geri qayıt |