Əsas Səhifə > Manşet, Hadisə > Bu təhsil müəssisəsində tələbələr SOĞAN KİMİ SOYULUR...
Bu təhsil müəssisəsində tələbələr SOĞAN KİMİ SOYULUR...14-11-2024, 12:08 |
Gəncə Dövlət Universitetində xaos hökm sürməkdə davam edir. Bunu biz yox, davamlı olaraq "DogruXeber.az" elektron poçt ünvanına göndərilən məlumatlar və redaksiyamıza məlumat verən etibarlı mənbə deyir. Mənbənin sözlərinə görə, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı dövlət məmurlarına Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan "NAZ-Lifan" avtomobillərini almağı tövsiyə etməsinə baxmayaraq, Gəncə Dövlət Universitetində əsas vəzifələrdə çalışanların ixtiyarına verilmiş 10-a yaxın xidməti avtomobillərin hər biri xarici istehsalı olan bahalı avtomobillərdir. Özü də bu avtomobillər beş ildə bir dəfə təmirə getməli olduğu halda, GDU-də heçolmasa ildə bir dəfə də deyil, bir ildə 4-5 dəfə kağız üzərində təmirə göndərilir. Əslində olan isə bu adla universitetin büdcəsindən müəyyən məbləğlərdə pul vəsaitlərinin silinməsidir. Qeyd edək ki, mənbənin verdiyi məlumata görə. sözügedən təhsil müəssisəsində 5 tələbə aylıq ödəniş müqabilində əyani təhsilini "qiyabi" olaraq davam etdirir, yəni puluna minnət, pulunu verir, tələbə adı üstündə, əli də cibində kefinə qulluq edir GDU "cahıllar"ı. Amma, son günlər sosial şəbəkələrdə yayılan bu görüntülər onu göstərdi ki, GDU-də ödənişli olan təkcə mənbəmizin bildirdiyi kimi "keyf eləmək" deyil. Eyni zamanda praktika üçün, diplom üçün və digər bu kimi qondarma səbəblərdən də tələbələrdən pul tələb olunur. Təsərrüfat sahəsində uğurlu iş adamı olduğu və bir neçə gün əvvəl təsərrüfat texnikaları almaq üçün tender elan etdiyi deyilən rektor Yusif Yusibov deyəsən rəhbərlik etdiyi təhsil müəssisəsini "soğan tarlası", tələbələri isə "Soğan" gözündə görür. Arada bir dövlət müəssisəsindəki "özəl" fəaliyyəti sosial mediada paylaşılanda "gözü acılansa" da sonunda o, "soğanların verəcəyi dadın həzzini yaşamaq ümidi ilə soymaqda davam edir". Nə də olsa Maliyyə Nazirliyində aparat rəhbəri vəzifəsində çalışan Cavanşir Yusifov kimi bir dayağı var. Əlbəttə, bəs qardaş qardaşa hansı gündə lazımdır?! Bəlli ki, buvaxta qədər olmayıbsa, bundan sonra da cənab Yusibova "gözün üstə qaşın var" deyən olmayacaq. Hər halda şikayət üstünə gələn şikayətlər qorxusuzca davam edən fəaliyyətin, belə fəaliyyət isə hələ çox davam edəcək olan bu arxayınçılığın ifadəsidir deyə düşünürük. Qeyd edək ki, etibarlı mənbə tərəfindən redaksiyamıza məlumatlar gəlməkdə davam edir. Odur ki, mövzunu davam etdirəcəyik və qarşıdakı günlərdə aylığa buraxılan tələbələrin adlarını açıqlayacağıq. Redaksiamız hər kəsin söz haqqını tanıyır. DogruXeber.az Geri qayıt |