Əsas Səhifə > Manşet, Sosial > Nəcəfli ilə Talıbov arasında GİZLİ ANLAŞMA

Nəcəfli ilə Talıbov arasında GİZLİ ANLAŞMA


Bu gün, 10:06
Nəcəfli ilə Talıbov arasında GİZLİ ANLAŞMA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verdikdən sonra yerli sakinlər yeni dövrün başlayacağına ümid edirdilər. Amma olmadı... "DİA-AZ" bildirir ki, Fuad Nəcəfli Prezidentin Naxçıvan Muxtar Respublikasında xüsusi nümayəndəsi təyin olunmasından sonra ümidlənən sakinlər indi poeşmandılar... hətta Vasif Talıbovun dövrünün həsrətini belə çəkirlər...

Bu barədə "DİA-AZ"a (dia-az.site) danışan Naxçıvandakı mənbə iddia edir ki, Vasift Talıbov dövrünün həsrətini daha çox ona görə çəkirlər ki, Fuad Nəcəfli "TALIBOVUNDUR" deyib, ucdantutma olaraq 100-dən artıq işyerini bağlayıb ki, bu da birbaşa olaraq sakinlərin dolanışında mənfi izlərini buraxıb.

Mənbə maraqlı açıqlamalar da verib: "Amma Fuad Nəcəfli bunu etməməli idi. Çünki Vasif Talıbovla Fuad Nəcəfli arasında gizli anlaşma var idi. Fuad Nəcəfli onun biznesinə ciddi problem yaratmırdı, Vasif Talıbov da adamlarını yeni hakimiyyətə qarşı çevirmirdi. İndi görünür ki, Fuad Nəcəfli sözünün üstündə durmadı. Amma Vasif Talıbov bu günə qədər dediyinə əməl edir... Bunu Naxçıvanda bilməyən yoxdur..."

Qeyd edək ki, Naxçıvanda bir zamanlar at oynadan və Fuad Nəcəflinin "qara kassası" kimi tanınan İsmayıl Əhmədovla bağlı da müəyyən bilgilər almışıq. Növbəti yazımızda bu barədə geniş danışacağıq...

Bizi izləməyə davam edin...

Geri qayıt