Əsas Səhifə > Manşet, Ölkə > AzTV-də nə İŞLƏR ÇEVRİLİR?
AzTV-də nə İŞLƏR ÇEVRİLİR?4-11-2024, 11:26 |
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) bir totalitarizm mühiti hökm sürür. Xüsusən də Rövşən Məmmədovun sədr təyin olunmasından bir müddət sonra Şimali Koreya rejiminin bir modeli yaradılıb. Rövşən Məmmədovun mövqeyini möhkəmləndirməsi nəticəsində bu Qapalı Səhmdar Cəmiyyətində öz qaydalarını tətbiq etməyə başladı. Sanki gestapo şəraitidir və bütün kollektiv nəzarət altındadır. Halbuki bir yaradıcı mühitdə, media strukturunda bu dərəcədə əməkdaşların azadlıqları buxovlana bilməz. Ən azı işçilərin sosial şəbəkə paylaşımlarına total nəzarət şəxsi həyata müdaxilədir. Lakin AzTV sədri ən kiçik paylaşıma belə həssaslıqla yanaşır, trol batalyonu saxlayır, o cümlədən əməkdaşlarının nələr paylaşdığına dair nəzarət mexanizmi yaradıb. Yəni onun komandasında sırf işçilərin sosial media paylaşımlarını pusquda dayanıb izləyənlər var və bu haqda Rövşən Məmmədovu məlumatlandırırlar. Elə bunun nəticəsidir ki, AzTV-nin təcrübəli jurnalistlərindən biri olan Günay Novruz absurd bir səbəb göstərilərək ixtisar edilib. Anaxeber.info məlumat verir ki, bu haqda jurnalist özü tik-tok hesabında video paylaşıb. Günay Novruz deyib ki, AzTV sədri Rövşən Məmmədov onu heç kimin adını çəkmədiyi bir statusa görə işdən çıxarıb. Jurnalist postunda yazıb ki, bir ay qabaq həmin statusu paylaşıb. Orada deyib ki, "Allahım mənə düz yol göstərdiyin üçün minnətdaram, böyüksən, varsan..." Yəni jurnalist heç kəsə replika atmayıb, ad çəkməyib, Allah təşəkkür bildirib. Günay Novruzun sözlərinə görə, onun işdən çıxarılması barədə əmrdə səbəb kimi həmin status göstərilib. Jurnalist deyir ki, AzTV rəhbərliyi bu statusda qurumun maliyyə rəisinə və onun baş redaktor olan həyat yoldaşına söz atıldığı nəticəsi çıxarıb: "Onların övladı rəhmətə gedib və bu statusdan belə qənaətə gəliblər ki, guya mən onlara söz atmışam, Allaha minnətdarlıq etmişəm. Bu dərəcədə absurd bir ittihamla əmr verilərək məni işdən azad ediblər". Günay Novruz 1985-ci il iyun ayının 14-də Sumqayıt şəhərinin H.Z. Tağıyev qəsəbəsində dünyaya gəlib. Qəsəbənin 6 saylı orta məktəbini bitirib. ABU-nun jurnalistika fakültəsinə daxil olub və 2008-ci ildə oranı bitirib. 2012-2014-ci illərdə isə Bakı Slaviyan universitetinin yaradıcılıq fakültəsində oxuyub. Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvüdür. İki kitab müəllifidir. Prezident təqaüdünə layiq görülmüşdür. Lakin bu ilk belə hal deyil. Zaman-zaman ixtisara salınan AzTV əməkdaşları rəhbərliyi məntiqsiz qərarlarına görə tənqid ediblər. Bu günlərdə isə haqqin.az saytının rəhbəri Eynulla Fətullayev AzTV sədrinin özünü də, dissertasiyasını da “geydirmə” adlandırmışdı. Deməli, geydirmə AzTV-nin geydirmə sədrinin dissertasiyası da geydirmə imiş. Geydirmənin doktorluq dissertasiyası: “Azərbaycan diasporasının mətbuatı”. Ay səni geydirmə”. Eynulla Fətullayev bununla da kifayətlənməyib və digər postunda lənət oxuyub: “Ümummilli lənət: Görüm sizi ömrünüzün sonuna kimi AzTV-yə baxasınız!”. AzTV isə öz növbəsində “Haqqin.az” saytının əməkdaşlarını “cahil” adlandırıb. Mətbuatda gedən başqa xəbərlərdə, konkret olaraq konkret.az saytında dərc edilmiş məqalədə isə deyilir ki, işçiləri ilə kobud davranış, işçilərin haqlarının pozulması, yalnız yaxın çevrəsinə yüksək qonorarların yazılması, kollektivin əksəriyyətinin dolanışıq səviyyəsinin getdikcə azalması qurumda gedən özbaşınalığın yalnız bir hissəsidir. Keçirdiyi tenderlər, kotirovka sorğularında kütləvi maxinasiyalar haqqında mətbuatda kifayət qədər məlumat gedib. Əmək Məcəlləsinə uyğun olmayaraq, işçilərin haqsız yerə əməkhaqlarından pul tutulmaları isə başqa bir mövzudur. Həmçinin, yeyintilər haqda da məlumatlar verilir. Bütün bunların Rövşən Məmmədovun dövründə olduğu iddia edilir. Bakuexo.az isə yazmışdı ki, Rövşən Məmmədov yaxın çevrəsinə vəzifələr paylayıb: Ranar Musayev, AzTV-nin bədii rəhbəri Məmmədovların ailəvi dostu Rafael Məmmədov, Bədii rəhbərin müavini-Rövşənin qaynı İlhamə Hüseynova , Kadrlar Departamentinin rəisi- Rövşənin xanımının rəfiqəsi Nərgiz Rəfiyeva, Sosial media və ictimaiyyətlə əlaqələr departamentinin rəisi- Rövşənin xanımının rəfiqəsi Ülfət Rəhimova, Teleradio Akademiyasının prorektoru- Rövşənin xanımının rəfiqəsi Niyaməddin Quliyev, Maliyyə və Mühasibat uçotu departamentinin rəisi (Rövşənin “qara kassası)- Rövşənin xanımının yaxın qohumu Turan Babayev ,“Səhər” Musiqi-informasiya redaksiyasının baş redaktoru-Rövşənin ailəvi dostu Anar Həsənov, “Ekstrim qrup”un rəhbəri- Rövşənin ailəvi dostu Elnur Əlizadə , Texniki İstehsalat Birliyinin direktoru- Rövşənin ailəvi dostu Müşviq İbrahimov, Maddi-Texniki Təchizat və İstehsalat Departamentinin rəisi-Rövşənin qohumu və uşaqlıq dostu Vüqar Bəşirov, Təsərrüfat... DAVAMI VAR... AnaXeber.info Geri qayıt |