Əsas Səhifə > Manşet, Güney Press > Fuad Nəcəfli gələndən Naxçıvan GERİYƏ GEDİR...

Fuad Nəcəfli gələndən Naxçıvan GERİYƏ GEDİR...


Bu gün, 15:29
Fuad Nəcəfli gələndən Naxçıvan GERİYƏ GEDİR...
"İsrail rəsmiləri Hizbullahla savaşın səbəbini bu təşkilatın açdığı atəşlər nəticəsində İsrailin şimalından 60 min vətəndaşın yurd-yuvalarını tərk etməsi ilə əlaqələndirir.
60 min qaçqın. Bu rəqəm, bilirsinizmi, mənə nəyi xatırladır? Əlbəttə, “canişin” əfəndinin uzaqgörən siyasəti nəticəsində Naxçıvandan didərgin düşənlərin sayını..." Dia-az.Media xəbəbr verir ki, bunu öz açıqlamasında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O, hazırda Naxçıvanda mövcud olan ictimai-siyasi ab-havanın ağaırlığına işarə edərək bunları əlavə edib: "Düzdür, “canişin” həzrətləri Naxçıvanın hakimi-mütləqi olandan bəri Muxtar Respublikadan nə qədər adamın qaçdığını müəyyənləşdirmək çətindir. Bu barədə rəsmi statistika verilmir. Amma bəzi statistik məlumatlarla məntiqimizi birləşdirsək, “canişin”in yurd-yuvasından didərgin saldığı naxçıvanlıların sayını rahatlıqla tapa bilərik.
İstərsəniz, gəlin, türklər demişkən, “denəyək”.
İqtisadçı ekspert, REAL Partiyasının sədri Natiq Cəfərlinin rəsmi statistikaya söykənərək irəli sürdüyü iddiaya görə, “canişin” hakimiyyət tacını başına qoyanda, daha dəqiqi, 2023-cü il aprelin 1-nə qədər Naxçıvanda 109 min nəfər muzdlu işçi vardı: “Üç ay sonra – iyulun 1-də həmin işçilərin sayı 86 min nəfərə enmiş, başqa sözlə, 23 min nəfər azalmışdı. Azalma daha sonra da davam edib, oktyabrın 1-nə muxtar respublikada 60 min 335 nəfər muzdlu işçi olub. Deməli, son altı ayda Naxçıvandakı muzdlu işçi sayı 50 min nəfərə yaxın və ya 45 faiz azalıb”.
2023-cü ilin oktyabrından bu yana 1 ildən çox vaxt keçib. Təbii ki, bu bir il işçilərin də sayına təsirsiz ötüşməyib. Ən aşağı hesabla 50 minin də üstünə 10-20 min gəlib. İşini itirənlərin 1 il boyunca Naxçıvanda ac-susuz otura bilməyəcəyini də hesaba qatsaq, bu, həmin insanların yurd-yuvalarını tərk edib cəlai-vətən olduğu anlamına gəlir. Mən hələ, hesaba bir də didərginlərin ailələrini qatmıram. Belə çıxır ki, “canişin” həzrətlərinin sayəsində Naxçıvanın əhalisi ən azı 60 min azalıb.
İsraildə bu didərgin salma hadisəsi Livanla müharibəyə səbəb olub. Bizdə isə “canişin” əfəndi hələ Respublika xəstəxanasının laboratoriyasını və digər strateji obyektləri başqalarına satmaqla məşğuldur..."

ZƏRURİ QEYD: Heydər Oğuz yazısında "canişin" deyərkən MR-nın xüsusi nümayəndəsi Fuad Nəcəflini nəzərdə tutur...

Geri qayıt