Əsas Səhifə > Manşet, Ölkə > Professor rektoru İFŞA ETDİ...
Professor rektoru İFŞA ETDİ...17-10-2024, 11:17 |
"Əvvəlcə “mıxolinqvistika” sözünün etimologiyasını araşdıraq. 2023-cü ildə FB səhifəmdə dərc etdiyim yazılarımda el sənətkarı Nənə Yaqutun Azərbaycanı qarış-qarış gəzərək bütün gördükləri və eşitdiklərini gah nəzmlə, gah da nəsrlə mandolinada tərənnüm etdiyi və mənim də onun söylədiklərini topladığım barədə yazmışdım". dia-az.life bildirir ki, bu açıqlama ilə xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyev çıxış edib. O daha sonra bunları əlavə edib: "Nənənin hətta İtaliyaya da gedib çıxdığı, orada Umberto Ekonun ona el sənətkarı kimi yeddisimli gitara hədiyyə etdiyini və Nənə ilə şəkil çəkdirdiyini də xatırlatmışdım. Yazılarımda Nənəm Yaqutun miflərlə məşğul olduğunu da bildirmişdim. O vaxtlar Nənənin diş problemi olduğundan “mif” sözünü “mıx” kimi tələffüz edirdi. Başqalarının ideyalarını oğurlayaraq öz adından nəşr etdirməyin ustası olan, ideya, fikir pusqusunda duran akademik Kamal Abdullayev elə o vaxt həmin oğurladıqlarının bir qismini “Mifolinqvistika” adı altında ictimaiyyətə Azərbaycan dilçiliyində yeni istiqamət kimi sırımağa başlamışdı. Ona görə də Nənəm Yaqut bu oğurluq yazıya elə özünün tələffüz etdiyi kimi – “mıxolinqvistika” adı vermişdi. Kamal Abdullayevin Böyük kombinator olmasından, “Dilçiliyə səyahət” kitabında Ostap Benderi çox-çox geridə qoyaraq, rus dilçisi Oleq Albertoviç Donskixin “Dilin mənbələrinə doğru” (О.А.Донских. К истокам языка. Новосибирск, 1988) kitabından xeyli hissəni köçürdüyündən bəhs etmişdim. O biri əsərlərinin ideyasını haradan oğurladığını və hansı hissələrini haradan köçürdüyünü də göstərmişdim. Həmin əsərləri köçürüldüyü, oğirlandığı mənbələri göstərməklə bir daha xatırlatmaq pis olmazdı: 1. “Yarımçıq əlyazma” (roman, 2004) – Бунин �?. А. О Чехове. Неоконченная рукопись. Нью-Йорк, 1955 (azərbaycanca: “Bitməmiş əlyazma”); Раиса Белоглазова. Незаконченная рукопись. Улан-Уде, 1958 (azərbaycanca: “Bitirilməmiş əlyazma”). 2. “Sehrbazlar dərəsi” (roman, 2006; rusca: “Долина кудесников”) – Леонид Кудрявцев. “Долина магов” (роман, 1998; azərbaycanca: “Sehrbazlar vadisi”, roman, 1998). 3. “Labirint” (hekayələr toplusu, 2009) – Леонид Кудрявцев. “Лабиринт” (рассказ, 1984). 4. “300 azərbaycanlı” (2007) – “300 спартанцев” (azərbaycanca: “300 spartalı”). Американский эпический исторический фильм режиссера Зака Снайдера, вышедший в прокат в 2007 г. 5. “Qatardakı adam” (hekayə, 2024) – “Человек с поезда” (“Qatardan gəlmiş adam”) – германо-франко-британская драма, снятая в 2002 г. режиссером Патрисом Леконтом. 6. “Məhəbbət adası” (hekayə, 2023; rusca: “Остров любви”) – “Остров любви” (azərbaycanca: “Məhəbbət adası” – Украинский телесериал (1995-1996 гг.), снятый по мотивам украинской любовно-эротической литературы XIX и XX веков Александра Олеся, Марко Вовчок, Ольги Кобылянской, �?вана Франко и других. Həmçinin: “Остров любви” – британский сериал (2005-2006), а также британское реалити-шоу. 7. Kamal Abdullayev adının özü qüsurlu olan “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud dastanı” (Bakı, 2020) kitabında da mənim elmi redaktoru olduğum, rus dilində yazılmış “Мифологические и конфессиональные концепты в аспекте лингвокогнитивных исследований” (Баку, 2017) monoqrafiyasından da xeyli hissəni bir qədər dəyişdirməklə köçürmüşdür (bu və digər köçürmələr barədə daha ətraflı məlumat üçün mənim FB səhifəmdəki 29.08 2024-cü il tarixli “BÖYÜK KOMBİNATOR” adlı yazıma baxmaq olar). Lakin Kamal Abdullayevin köçürmələri heç də bununla bitmir. 2022-ci ildə “Sim-sim” nəşriyyatı onun 256 səhifəlik “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifoloinqvistika” kitabını nəşr etmişdir. Ondan daha əvvəl 2020-ci ildə “Sim-sim” saytı “Mifolinqvistika”nın plan-prospektini dərc etmişdi. Plan-prospekt redaksiyanın adından “Filologiyamızda yeni istiqamət – mifolinqvistika” başlığı ilə belə təqdim edilir: “Akademik Kamal Abdulla Azərbaycan filologiyası sahəsində yeni bir elmi istiqamətin formalaşmasının başlanğıcını qoymuşdur. Dilçilik və mifologiyanın sərhəddində müəyyənləşdirilən bu elmi sahənin adı “Mifolinqvistika”dır. Mifoloji təsəvvürlərin dilimizdə, onun ayrı-ayrı qatlarında bu gün də yaşaması, dilimizin mifoloji təsəvvürümüz üçün verə bildiyi arsenal maraqlı düşüncələrə və perspektiv yozumlara yol açır. Fundamental tədqiqat əsəri kimi nəzərdə tutulan bu araşdırma hələlik öz əsas konturları, plan və perspektiv istiqamətləri ilə işıq üzü görmüşdür. İndiki halında bu araşdırmanı “plan – prospekt” də adlandıra bilərik. Mövzunun kulturoloqlar, filoloqlar tərəfindən maraqla qarşılanacağını nəzərdə tutaraq, 4 hissəli tədqiqatın birinci hissəsini təqdim edirik” (http://82.194.16.162:8080/.../Kamal%20Abdulla_yeni...). Bu təqdimatı elə Kamal Abdullayevin özünün hazırladığı aydın görünür (yeri gəlmişkən, Kamal Abdullayevin nəzərinə çatdırmaq istəyirəm: ikinci cümlədəki “sərhəddində” sözünün “sərhədində” kimi yazılmalı olduğunu öyrənsən, pis olmaz). Bəhs edilən həmin “yeni bir elmi istiqamət” haqqında alimlər Kamal Abdullayevin çeynənmiş cümlələri ilə hələ çox təriflər deyəcəklər. Bu tərifilərdən biri diqqəti daha çox cəlb edir. 2021-ci ildə çap etdirdiyi “Söz haqqında söz” kitabında Azərbaycanın zırpı alimlərindən olan akademik Muxtar İmanov ictimaiyyətə daha zırpı alim kimi tanıdılan Kamal Abdullayevi Nizami Gəncəvi, Mirzə Fətəli Axundov, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə kimi dahilərlə bir sıraya qoyur. Ona görə mən də Kamal Abdullayev “düha”sının oxuculara məlum olmayan başqa tərəflərini göstərmək missiyasını öz üzərimə götürdüm. “Mifolinqvistikaya giriş” adlandırdığı plan-prospektində Kamal Abdullayev yazır: “Mifolinqvistikanın universal prinsipi. Tədqiqatın əsas, aparıcı xətti “etalon və ondan kənara çıxma” qarşıdurmasının müxtəlif təzahürləri üzərində qurulur. Bu qarşıdurmanın tərəflərini invariant (etalon) və variantlar (kənara çıxmalar) kimi təsəvvür etmək olar. 1. Əgər biz bəşərin ümumi (universal) inkişaf tarixini “qat” adlandıracağımız müəyyən hissələrə bölsək və bu qatların funksiyalarını müəyyənləşdirmək istəsək, invariant (etalon) nümunə 1-ci ən qədim (primitiv müstəqim) ilkin qata məxsus element kimi diqqəti cəlb edər. Başqa sözlə desək, birinci, ən dərin ilkin qatın funksiyası məhz invariant və invariantların yaratdığı münasibətlərdən ibarətdir ... Beləliklə, ilkin qat və ona uyğun müstəqimlik münasibətləri bizim təqdimatımızda əsas çıxış nöqtələrindən biri olacaq. 2. 2-ci qatın (bu, artıq mifoloji məkandır) elementlərini isə variantlar kimi ayırmaq mümkündür. Variantları məhz bu ikinci qatın funksiyası saymaq olar. Bu qatı biz mifoloji məkana məxsus qat kimi ayırırıq. İnkişaf tariximizin ən qədim deyil, ondan bir mərhələ sonrakı, variantlara söykənən, variantlar vasitəsilə geniş nəfəs ala bilən bu qatı məhz mifoloji təsəvvürlər, mifoloji dünyagörüşü və dilin mifoloji mahiyyəti üçün əlverişli və münbit zəmin (şərait) yaradır ... 3. Qatlar arasındakı bu qarşıdurma (invariant və variantlar) ən müxtəlif dil səviyyələrində özünü göstərir ...”. İsveçrəli psixoloq, psixiatr və pedaqoq, analitik psixologiyanın banisi Karl Qustav Yunq (1875–1961) elm aləmində yaxşı tanınır. Mifologiyaya elmi yanaşmanın zərurliyini hələ XX əsrdə məhz K.Q.Yunq demişdir. O və başqa mifoloqlar hesab edirlər ki, bütün miflərə xas olan bölünməz fenomeni – mifologemi fərqləndirmək lazımdır. K.Q.Yunq mifin formalaşmasının 3 mərhələsini göstərir. O, birinci mərhələni tematika kimi (universal mifologema), ikinci mərhələni fəaliyyətdə olan mifologema, üçüncü mərhələni isə ardıcıl mərasimlər, prototiplər şəklində olan mənbələrə dönüş, yəni süjet kimi təsvir edir. Bütün bunlar “C.G.Jung and С.Kerenyi. Essays on a Science of Mythology, Bollingen Foundation. New York, 1949” və K.Q.Yunqun rus dilinə tərcümə edilmiş (Карл Густав Юнг. Душа и миф. Шесть архетипов. Киев, 1996) kitablarında geniş şərh edilmişdir. Kamal Abdullayev isə K.Q.Yunqun həmin mərhələlər, arxetip və s. haqqında fikirlərini istinad etmədən, formaca dəyişdirərək öz adından təqdim etmiş, yəni oğurlamışdır. Kamal Abdullayevin bu oğurluq yazısını Azərbaycan dilçiliyində yeni elmi istiqamətin başlanğıcı kimi təqdim edənlər, göründüyü kimi, bilərəkdən, ya da bilməyərəkdən çox böyük səhv edirlər. Hələ illər əvvəl mənim elmi redaktoru olduğum, rus dilində yazılmış “Мифологические и конфессиональные концепты в аспекте лингвокогнитивных исследований” (Баку, 2017) kitabında da bu məsələlər kifayət qədər dərindən araşdırılmışdır. Həmin kitabda K.Q.Yunqun bu fikirlərinə istinadlar bütün hallarda göstərilmişdir. Beləliklə, Kamal Abdullayev 75 il əvvəl deyilmiş və yazılmış fikirləri oğurlayıb cəmiyyətə Azərbaycan dilçiliyində özünün yaratdığı yeni istiqamət kimi sırıyır. Ədalət naminə demək lazımdır ki, Kamal Abdullayevi orta səviyyəli bir mifoloq adlandırmaq olar, lakin onun yazdığı “mif”lər özünə həsr olunub və Azərbaycan ədəbiyyatında yadda qalmağa hesablanıb. Əslində o, çox yaxşı bilir ki, yazdıqları yalnız sanitar qovşaqlarının yaddaşında qalacaq, özü isə həmişə yalnız nifrətamiz bir “insan” kimi xatırlanacaqdır. Diplom alverçiliyi, rüşvətxorluğu, intriqanlığı, təxribatçılığı, başqalarının haqqını yeməsi ilə yanaşı, həm də plagiatorluğu ilə tanınan Kamal Abdullayevin qiymətini vermək sizdən, əziz oxucular!.." Geri qayıt |