Əsas Səhifə > Manşet, Güney Press > AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN...

AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN...


Bu gün, 15:55
AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN...
Redaksiyamıza müraciət edən Adil Salmanov Yasamal rayonu ərazisində - "İran klinikası" deyilən yerlə üzbəüz yerləşən (bir az aşağı səmtdə) "Gürcü Xəngəli" restoranından və daha dəqiqi, buradakı özbaşınalıqdan giley edir.

Narazı vətəndaş yazır: "Əslində bu kafedə normal xidmət var idi. Sonradna deyəsən, "əl dəyişdirdi"... İndi bəzi ofisiantları çıxmaq şərtilə... durum BƏRBADDIR...

Təsəvvür edin, istədiyin sifariş uğrunda savaşmalı olursan... bu da problem deyil... Hətta sifariş etdiyinin əksinə olaraq başqa bir yeməyi yeməli olduğundan da bir məsələ deyil.

Məsələ ondaddır ki, bu kafedə ofisiant özünü sənin üzərində bir PADŞAH kimi hiss edir və əgər ki ona "çaypulu" deyilən lənətə gəlmiş məbləği ödəməmisənsə... bil ki, yedikıərin haram olacaq...

Ola bilsin ki, buranın rəhbərliyinə ofisiantların şıltaqlığı mənasızdır... amma dövlətimizə maraqlıdır ki, nədən burada VERGİLƏR ödənmir..."

Bu da bir yana oxucumuz deyir ki, yediyi "gürcü xəngəli"nin nə gürcülərə nə də xəngələ aidiyyatı olmayıb: "Doğrudur, bu adamlar hazır xəngəl satırlar... amma baxsınlar da nə satırlar... rəsmən zəhərdir... zəqqutundur..."

Bunu Dia-az.Media olraq biz soruşmuruq... oxucumuz soruşur..."

Geri qayıt