Əsas Səhifə > Manşet, Güney Press > ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir

ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir


Bu gün, 15:00
ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir
"Artıq öyrəncəliyik, qiymətlər, kommunal ödənişlər, tariflər bir gecənin içində qaldırılır, pensiyalar, təqaüdlər, əməkhaqqılarının ilboyu artırılacağı söylənilir. Beləcə hansısa “eks, növbədənkənar” deputatın, hökumət üzvünün “artım nağılları” bir il əhalinin başını qatır, medianın manşetinə çevrilir, növbəti ilin Novruz bayramına düşən ayında “göydən 3 -5 faizlik illik artım alması” düşür”". Bu barədə Dia-az.Media-ya göndərilən məqalədə deyilir.
Məaqlədə daha sonra deyilir: "Sonra yenə də qiymətlər, tariflər sosial- iqtisadi əsaslandırılmadan birdən Tarif Şurasının qərarı ilə qaldırılır, əhaliyə isə yeni nağıllar danışılır. Köhnə nağıllarsa hələ də deputatların, məmurların dilində dolaşır. Ən böyük nağıl 80 manatlıq veteran pulları haqqındadır. Bir də verilməyən uşaq pulları ara-sıra gündəmə gəlir.
30 sentyabrda Milli Məclisin payız sessiyasının ilk iclasının keçiriləcəyi, gündəliyin vəsiqələrin verilməsi və komitələrin formalaşması olması bildirilib.
“Veteranlar haqqında” qanunun yalnız bir maddəsi Qarabağ veteranlarına tətbiq edilir , onu da Tarif Şurası ləğv edib. Qanunun 11-ci maddəsinə görə, müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri ƏVƏZSİZ olaraq onların (müharibə veteranlarının) şəxsi MÜLKİYYƏTİNƏ verilir”. Bu ƏVƏZSİZ MÜLKİYYƏT hüququnu QEYDİYYAT ÇIXARIŞI (“kupça”) ilə gerçəkləşdirməyə borclu olan İqtisadiyyat Nazirliyi, yanındakı ƏMDX ( Əmlak Məsələləri Dövlət Xidməti) isə sözün gerçək anlamında dələduzluqla məşğuldur. ƏMDX rəsmi məktublarla bildirir ki, əvəzsiz olaraq şəxsi mülkiyyətə verilmə hüquqların dövlət qeydiyyatına alınması demək deyildir. Tarif Şurasının 31.07.2023 tarixli qərarı ilə daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasına dövlət rüsumundan əlavə 236,96 manat xidmət haqqı müəyyən edilib və bu qərar QANUNDAN DA, KONSTİTUSİYADAN DA ÜSTÜNDÜR. (?) Bu absurdluğu bir ay DƏDKR-in rəis müavini Elvin Məmmədov, növbəti bir ay Elşad Məmmədov bildirib. Bu yekəlikdə xidmətin müavini yazır ki, əvəzsiz şəxsi mülkiyyətə verilmə hüquqların RÜSUMSUZ və XİDMƏT HAQQISIZ olaraq dövlət qeydiyyatına alınmasına əsas vermir. Çünki “ Dövlət rüsumu haqqında” qanunda müharibə veteranlarının bağlarının dövlət qeydiyyatına alınmasının dövlət rüsumundan azad edilməsi yazılmayıb. Qanunun aliliyinə, Konstitusiyanın ən yüksək qüvvəsinə saymazlığa baxın, bəs “Dövlət rüsumu haqqında” qanunda Tarif Şurasının qərarı ilə rüsum bəlirləmə yazılıb? Özü də bağ sahələrinə aid olmayan qərarla?
İndi söz Milli Məclisdə, qanunvericidədir. Ya bu “Veteranlar haqqında” qanunun 11-ci maddəsini də ləğv etsin, ya da “Dövlət rüsumu haqqında” qanuna müharibə veteranlarının bağ sahələrinin dövlət qeydiyyatına alınmasının rüsumdan azad edilməsini əlavə etsin. Di gəl, Tarif Şurasının qərarını Konstitusiyadan, qanundan, Prezident fərmanından, NK qərarından üstün tutan xidmətin dələduzluğundan əl çəkəcəyi inandırıcı görünmür".

Geri qayıt