Əsas Səhifə > Manşet, Araşdırma > Sumqayıtın icra başçısı Eldar Əzizovun qələmi qırıldı

Sumqayıtın icra başçısı Eldar Əzizovun qələmi qırıldı


20-01-2014, 17:07
Sumqayıtın icra başçısı Eldar Əzizovun qələmi qırıldı
DİA.AZ: - Sumqayıt şəhər icra hakimiyyətinin başçısı postunda dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a Sumqayıtdakı mənbələr məlumat verib.

Xəbəri verən qaynaq iddia edir ki, bu gün Eldar Əzizov Bakıya çağrılıb və Prezident Administrasiyasında ona xəbərdarlıq edilib.

Mənbənin söylədikləri: «Eldar Əzizovun hansısa yeni vəzifəyə təyinatı gözlənilmir. Onu birdəfəlik olaraq işdən alırlar. Artıq Sumqayıt rəhbərliyindən bir çoxları bu xəbərdən məlumatlıdır».

Xatırladaq ki, Eldar Əzizov 2011-ci ilin 18 fevral tarixindən Sumqayıt şəhər icra başçısı vəzifəsini tutur. Buna qədərsə o, Gəncəyə rəhbərlik edirdi.

Geri qayıt