Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək4-12-2024, 20:36 |
Fransa parlamentində müxalifətin baş nazirə etimadsızlıq səsverməsindən sonra Prezident Emmanuel Makronun istefasının tələb ediləcəyi açıqlanıb. Hökumətin ard-arda uğursuz addımları, daxili və xarici siyasətdə verdiyi yanlış qərarlar səbəbindən Makron və komandası ilə bağlı narazılığın artdığı bildirilir. Fransa prezidenti isə parlamentin hökuməti istefaya göndərəcəyi təqdirdə belə vəzifəsində qalacağını, postu tərk etməyəcəyini deyib. Makron nəyə, hansı resursa arxayın olub, belə qəti mövqe bildirir? Onun parlamentin qərarına qarşı çıxmaq hüququ varmı? Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, bəşəriyyətə dühalar bəxş etmiş Fransa kimi bir dövlətin prezidenti indi dünyanın təlxəyinə çevrilməkdədir: “Son illər bu ölkədə baş verən silsilə etirazlar, cəmiyyəti bürüyən böhrandan çıxış yolu tapmaq əvəzinə onu malalamaq cəhdləri Fransanı nüfuzdan salır. Görünür, elə bunların nəticəsidir ki, Paris beynəlxalq münasibətlərdə da təsirini itirməkdədir. Çünki faktiki olaraq hökumət özünü xalqdan ayırıb. Dövlət rəhbərliyində təmsil olunanlar isə səviyyə baxımından ölkəni idarə etmək gücündə deyillər. Müşahidələr göstərir ki, buna onların nə elmi, nə də praktik bacarıqları imkan vermir. Ona görə də, faktiki olaraq Fransa Avropanın sıravi ölkələrindən birinə və ABŞ-ın diqtəsi ilə hərəkət edən bir dövlətə çevrilib. Avropa, o cümlədən Fransa təhlükəsizlik məsələsində Vaşinqtondan asılı vəziyyətə düşüb. Paris ABŞ-ın əsas rəqibi olan Çinin məhsullarının Avropaya daşınmaması məqsədinə xidmət edir, bununla da Rusiyanın təhdidi altında yaşayır”. M.Rəhimlinin sözlərinə görə, Fransa faktiki olaraq beynəlxalq oyunların qurbanına çevrilib: “Ölkədə işsizlik artır, bahalaşma var, əhalinin sosial vəziyyəti getdikcə ağırlaşır, elektrik enerjisi və qazdan istifadəyə məhdudiyyətlər tətbiq edilir. Bütün bunlar onu göstərir ki, Makron ölkəni deyil, iqtidarda olduğu müddətdə öz hakimiyyətini düşünüb və ya prezident kimi potensialı sadəcə buna çatıb. O, vəzifənin ağrılarını və məsuliyyətini Fransanın milli maraqlarını qurban verməklə ödəyir. Emmanuel Makron indiyədək ictimai rəyi heç vaxt nəzərə almayıb. Belə bir adam təbii ki, komandasını qurban verməyə hazırdır, təki ozünə bir şey olmasın. Məhz bu düşüncə ilə dövləti idarə etdiyinə görə dövlətçilik dəyərləri onun üçün sonuncu yerdədir. O səbəbdən heç bir demokratik təfəkkürə sığmayan bəyanatlar verir. Bu, həm də totalitar düşüncənin məhsuludur”. Geri qayıt |