Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Deputatlarımız gələn ay İrəvana gedəcəkmi?
Deputatlarımız gələn ay İrəvana gedəcəkmi?Bu gün, 13:18 |
İrəvanda dekabrın 10-12-si arası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclası keçiriləcək. Globalinfo.az xəbər verir ki, Ermənistana tədbirdə iştirak üçün 10-dan çox ölkədən nümayəndənin gələcəyi gözlənilir. “Hraparak” qəzeti isə yazır ki, Ermənistana həmçinin Türkiyədən də nümayəndələr gələ bilər. Bununla belə Azərbaycan tərəfinin hələlik görüşdə iştirak edib-etməyəcəyi bəlli deyil. Qəzet həmçinin iki ölkə arasında danışıqları “boş şey” adlandırıb, amma bunu nəyə əsaslanaraq yazdığını açıqlamayıb. Qeyd edək ki, hazırda təşkilata sədrliyi Ermənistan edir. Geri qayıt |