Əsas Səhifə > Ana xəbərlər, Güney Press > 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi...
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi...Bu gün, 09:53 |
Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi mümkündür. Bunun üçün ilkin şərtlər var. Erməni tərəfi prosesə fərqli prizmadan yanaşır. Rəsmi Bakının sülhlə bağlı şərti odur ki, Ermənistan konstitusiyasında olan bəzi məsələlər aradan qaldırılmalıdır. Bunu Teleqraf.com-a Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pənah Hüseyn deyib. “Ermənistan sülh sazişi üzrə razılaşdırılmış məsələlər üzərində sənədin imzalanmasını istəyir. Ərazi bütövlüyünün tanınması, sərhədlərin toxunulmazlığı əsasında belə bir razılaşmanın əldə edilməsindən bəhs olunur”, - deyə partiya sədri qeyd edib. O hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh razılaşması üzrə 13 maddəlik sənədin razılaşdırılması ilə bağlı informasiyalar var: “Azərbaycan razılaşdırılmamış əhəmiyyətli müddəaların olduğunu göstərib. Bunların içərisində Azərbaycana qarşı ərazi iddiasını özündə ehtiva edən məsələlər yer alıb. Ermənistan konstitusiyasında və digər qanunverici aktlarında əsassız iddialar mövcuddur”. Pənah Hüseynə görə, rəsmi Bakı məhz ilkin şərt kimi irəli sürdüyü tələblərin icra edilməsi fonunda qalıcı sülhün əldə ediləcəyini bəyan edib: “Dünyada elə proseslər baş verir ki, sülhlə bağlı dəqiq proqnoz vermək olmur. Nəzəri olaraq istisna etmək olmaz ki, hansısa bir şərtlər daxilində sülh sazişi imzalansın. Sözsüz ki, Azərbaycan vətəndaşı kimi formal, deklorativ sülh sazişinin imzalanmasının tərəfdarı deyiləm. Həmçinin sülh sazişinin şərtlənməsi heç də iki ölkədən asılı deyil. Bu regional və qlobal miqyaslı proselərlə bağlıdır. Ona görə də ilin sonuna qədər sülh sazişinin imzalanması ehtimalı çox aşağıdır”. Geri qayıt |