Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ?
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ?Bu gün, 09:03 |
"Elman Rüstəmovun Azad Nağıyev adlı tikinti şərikinin adına "Premiumbank" və "Dekabank" vasitəsilə 5 mln manat istehlak krediti verərək onu mənimsəməsi və başqasının əmlakını mülkiyyətçidən xəbərsiz girov qoymaları barədə yazmışdım..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə tanınmış hüquqşünas Əkrəm Həsənov çıxış edib. O daha sonra əlavə edib: "Bu gün Yasamal rayon məhkəməsində hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə yəqin son iclas olacaq. Hakim nəinki banklardan kredit sənədlərini tələb etmədi, heç tutdurulmuş formal borclu Nağıyevi də onun tələbi ilə məhkəməyə gətizdirmədi. Nağıyev də həbsxanadan yazıb ki, krediti Elman Rüstəmov mənimsəyib. İndi görəsən Rüstəmovu çağıtdırıb dindirəcəkmi hakim? Yoxsa ədalətli, tam, obyektiv və qərəzsiz məhkəmə baxışı bunları ehtiva etmir? Sonra da soruşurlar ki, niyə Azərbaycanda mülk almayın deyirəm?! Çünki mülkiyyət hüququna təminat yoxdur. Dərəbəylikdir…" Geri qayıt |