Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub

Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub


Dünən, 21:34
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub
Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat baş tutub.

“Report”un yerli bürosu məlumat verir ki, 4 nömrəli Xəstəxanasının baş həkim vəzifəsinə Bahadır Mahmudov təyin olunub.

STM-in direktor müavini Ramin Qasımov yeni baş həkimi xəstəxananın kollektivinə təqdim edib.

Qeyd edək ki, B.Mahmudov bu təyinatadək 3 nömrəli Xəstəxananın Terapiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Məlumatı Sumqayıt Tibb Mərkəzindən təsdiqləyiblər.
Geri qayıt